DEPUTATDAN AÇIQLAMA: "Sənəddə hicabla bağlı ayrıca və konkret qadağa nəzərdə tutulmayıb"
11 Oktyabr 2026, 09:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
11.08.2026, 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti genişmiqyaslı monitorinq və qiymətləndirmə tədbirləri həyata keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a bildirilib ki, aparılan yoxlamalar zamanı respublika üzrə fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 27-nin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib. Monitorinq zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normativlərinin pozulduğu məntəqələrin sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. AQTA xəbərdarlıq edir ki, təyin olunmuş vaxt ərzində müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaq.
Heyvan kəsimi məntəqələrinin müasir standartlara cavab verməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən heyvanların identifikasiyası və izlənməsi sisteminin qurulması, həmçinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrası baxımından strateji əhəmiyyət kəsb edir.
Müasir kəsim məntəqələrinin mövcudluğu, identifikasiya olunmuş, mənşəyi və baytarlıq keçmişi məlum heyvanların kəsiminə zəmin yaradan əsas amildir. İdentifikasiya olunmamış heyvanların kəsim məntəqələrindən kənarda kəsilməsi isə əhalinin sağlamlığı üçün ciddi risk yaradır. Bu baxımdan standartlara cavab verən kəsim məntəqələrinin fəaliyyəti həm heyvanların identifikasiya və izlənmə sisteminin uğurlu qurulması, həm də ölkədə qanunsuz heyvan kəsiminin qarşısını almaq üçün ən effektiv alətdir.
Monitorinqlərin nəticələri göstərir ki, hazırda respublikanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Kəsim infrastrukturunun olmaması həmin ərazilərdə heyvanların identifikasiyası mexanizminin tam tətbiqinə mane olur və qanunsuz kəsim riskini artırır. Bu səbəbdən həmin rayonlarda əhalinin təhlükəsiz ət məhsulları ilə təmin olunması və qanunsuz kəsimin köklü şəkildə aradan qaldırılması üçün müasir kəsim məntəqələrinin yaradılması vacibdir.
Ölkə ərazisində heyvan kəsim məntəqəsi fəaliyyət göstərməyən rayonlar
Regional Bölmənin (RB) adı
Heyvan kəsim məntəqəsi
fəaliyyət göstərməyən rayonlar
Abşeron-Xızı RB
Xızı
Quba-Xaçmaz RB
Quba
Dağlıq Şirvan RB
Ağsu, Qobustan
Şirvan-Salyan RB
Salyan, Biləsuvar, Neftçala, Şirvan
Lənkəran-Astara RB
Lerik, Yardımlı
Şəki-Zaqatala RB
Balakən, Qax, Qəbələ, Oğuz
Gəncə-Daşkəsən RB
Naftalan, Daşkəsən
Qazax-Tovuz RB
Ağstafa
Mil-Muğan RB
Saatlı
Mərkəzi Aran RB
Ucar, Mingəçevir, Zərdab, Göyçay,
Qarabağ RB
Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdərə, Ağdam
Şərqi Zəngəzur RB
Qubadlı, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Laçın
AQTA fəaliyyət göstərən və ya yeni fəaliyyətə başlamaq istəyən sahibkarları qeyd olunan rayonlarda müasir və sanitar normativlərə cavab verən heyvan kəsimi məntəqələrinin qurulmasına çağırır. Agentlik bu istiqamətdə sahibkarlara lazımi metodiki, təşkilati və texniki dəstəyi göstərməyə hazırdır.
Əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilməkdədir. Qanunsuz kəsim və ya sanitar qaydaların pozulması halları ilə qarşılaşdıqda vətəndaşlardan Agentliyin "1003 – Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü fəaliyyət göstərir
09:10 / 11 Oktyabr 2026
1
09:10 / 11 Oktyabr 2026
28
08:56 / 11 Oktyabr 2026
170
08:51 / 11 Oktyabr 2026
53
08:28 / 11 Oktyabr 2026
46
08:27 / 11 Oktyabr 2026
110
08:24 / 11 Oktyabr 2026
162
08:15 / 11 Oktyabr 2026
90
07:37 / 11 Oktyabr 2026
68
06:55 / 11 Oktyabr 2026
126
01:41 / 11 Oktyabr 2026
3624
01:28 / 11 Oktyabr 2026
8315
01:15 / 11 Oktyabr 2026
211
01:11 / 11 Oktyabr 2026
543
00:59 / 11 Oktyabr 2026
1757
00:56 / 11 Oktyabr 2026
303
00:39 / 11 Oktyabr 2026
428
00:21 / 11 Oktyabr 2026
636
00:19 / 11 Oktyabr 2026
207
00:17 / 11 Oktyabr 2026
104
00:11 / 11 Oktyabr 2026
1358
00:06 / 11 Oktyabr 2026
1122
23:34 / 10 Oktyabr 2026
848
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.