Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ
11 Oktyabr 2026, 01:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
366
11.08.2026, 20:14
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.
Oxu24.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma Naxçıvan Sənaye Parkı barədə məlumat verdi.
Bildirildi ki, bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb.
Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.
Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir.
Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır.
Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb.
Xatırladaq ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.


06:55 / 11 Oktyabr 2026
3
01:41 / 11 Oktyabr 2026
1472
01:28 / 11 Oktyabr 2026
8174
01:15 / 11 Oktyabr 2026
155
01:11 / 11 Oktyabr 2026
304
00:59 / 11 Oktyabr 2026
1046
00:56 / 11 Oktyabr 2026
236
00:39 / 11 Oktyabr 2026
349
00:21 / 11 Oktyabr 2026
491
00:19 / 11 Oktyabr 2026
170
00:17 / 11 Oktyabr 2026
92
00:11 / 11 Oktyabr 2026
646
00:06 / 11 Oktyabr 2026
472
23:34 / 10 Oktyabr 2026
524
23:24 / 10 Oktyabr 2026
102
23:24 / 10 Oktyabr 2026
116
23:11 / 10 Oktyabr 2026
177
22:55 / 10 Oktyabr 2026
98
22:49 / 10 Oktyabr 2026
151
22:39 / 10 Oktyabr 2026
102
22:35 / 10 Oktyabr 2026
151
22:28 / 10 Oktyabr 2026
93
22:06 / 10 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.