Qırmızı və gümüş bahalaşıb - Son qiymət
22 İyul 2026, 09:22
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
331
22.07.2026, 12:41
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da əmək fəaliyyətini davam etdirən şəxslərin sayı kifayət qədər çoxdur. Lakin onların bir çoxu rəsmi əmək müqaviləsi olmadan, qeyri-rəsmi şəkildə çalışmağa üstünlük verir. Bu hal həmin şəxslərin gələcəkdə pensiyalarının yenidən hesablanması və məbləğinin artırılması ilə bağlı ciddi suallar doğurur. Xüsusilə, sosial sığorta haqları ödənilmədiyi halda pensiya kapitalının dəyişib-dəyişməməsi və əlavə pensiya hüququnun yarana biləcəyi məsələsi vətəndaşları düşündürür.
Mütəxəssislər bildirirlər ki, rəsmi əmək müqaviləsinin olmaması pensiyaçının gələcəkdə daha yüksək təqaüd almaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Oxu24.com xəbər verir ki, qeyri-rəsmi çalışan pensiyaçıların ödənişlərinin artırılmasının mümkünlüyü məsələsinə iqtisadçı ekspert aydınlıq gətirib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda yaşa görə əmək pensiyası təyin edildikdən sonra pensiyanın artırılması əsasən iki amildən asılıdır:
•Dövlət tərəfindən aparılan indeksləşdirmə;
•Pensiyaçı işləməyə davam edirsə, onun adına ödənilən məcburi dövlət sosial sığorta haqları.
Ekspert vurğulayıb ki, pensiya yaşına çatdıqdan sonra qeyri-rəsmi işləyən şəxslərin adına sosial sığorta ödənişləri həyata keçirilmədiyi üçün bu fəaliyyət gələcəkdə pensiyanın yenidən hesablanmasına əsas vermir:
"Pensiya kapitalı yalnız rəsmi əmək münasibətləri çərçivəsində ödənilən sığorta haqları hesabına artır. Qeyri-rəsmi işləyən şəxslər yalnız bütün pensiyaçılar kimi dövlət tərəfindən aparılan illik indeksləşdirmədən yararlana bilərlər. Lakin qeyri-rəsmi işlədikləri dövr onların fərdi pensiya kapitalına əlavə olunmur və bu müddət əlavə pensiya hüququ yaratmır”.
Akif Nəsirlinin sözlərinə görə, bu baxımdan həm işçilər, həm də işəgötürənlər üçün əmək münasibətlərinin rəsmiləşdirilməsi böyük əhəmiyyət daşıyır. Rəsmi əmək müqaviləsi olduqda ödənilən sosial sığorta haqları gələcəkdə pensiyanın məbləğinin yenidən hesablanmasına və daha yüksək pensiya almaq imkanına birbaşa təsir göstərir. Qeyri-rəsmi məşğulluq isə vətəndaşların bu hüquqlardan istifadə imkanını tamamilə məhdudlaşdırır.
Çimnaz Telmanqızı
15:13 / 22 İyul 2026
27
15:11 / 22 İyul 2026
28
15:07 / 22 İyul 2026
95
15:06 / 22 İyul 2026
113
14:59 / 22 İyul 2026
96
14:59 / 22 İyul 2026
31
14:41 / 22 İyul 2026
50
14:12 / 22 İyul 2026
55
14:10 / 22 İyul 2026
50
14:05 / 22 İyul 2026
48
14:01 / 22 İyul 2026
53
14:00 / 22 İyul 2026
58
13:45 / 22 İyul 2026
58
13:30 / 22 İyul 2026
75
13:15 / 22 İyul 2026
59
13:10 / 22 İyul 2026
244
13:00 / 22 İyul 2026
81
12:52 / 22 İyul 2026
124
12:50 / 22 İyul 2026
176
12:50 / 22 İyul 2026
205
12:48 / 22 İyul 2026
85
12:45 / 22 İyul 2026
84
12:26 / 22 İyul 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.