Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dollar erası bitir? 

Azərbaycanda dollar erası bitir? 

İQTİSADİYYAT

142

13.05.2026, 23:00

2026-cı ilin ilk dörd ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.

Oxu24.com  xəbər verir ki, rezident fiziki şəxslərin əmanətlərində dollarla saxlanılan vəsaitlərin payı mart ayında 2,1 faiz bəndi azalaraq 28 faizə enib.

İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirib ki, əhali son illərdə müşahidə olunan iqtisadi-maliyyə sabitliyi və neft qiymətlərinin yüksək olması fonunda manatın dəyərdən düşəcəyinə inanmır.

"Bu baxımdan manat depozitləri daha əlverişli şərtlər təqdim etdiyinə görə insanlar tədricən dollar depozitlərindən manat depozitlərinə keçirlər. Birinci məqam manata olan etibarın əhəmiyyətli dərəcədə artmasıdır və yaxın dövrdə manat üçün ciddi risklər görünmür. İkinci məqam isə iqtisadi aktivliklə bağlıdır", - deyə o qeyd edib.

Xalid Kərimlinin sözlərinə görə, idxalın azalması da xarici valyutaya tələbin aşağı düşməsinə səbəb olub. Belə ki, 2026-cı ilin birinci rübündə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz azalıb.

Qeyd edək ki, hərraclarda valyuta satışı ilə bağlı vəziyyət Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə transfertə təsir etməyib. Fonddan dövlət büdcəsinə proqnozlaşdırılan həcmdə - 4 milyard 280 milyon manat transfert həyata keçirilib.

Bu dövrdə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta ehtiyatları 10,2 faiz artaraq 12,7 milyard ABŞ dollarına çatıb.