Azərbaycanın Avrasiya nəqliyyat karkasının inkişafına yatırdığı investisiyalar artıb
23 İyul 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
897
02.05.2026, 21:58
Xəbər verdiyimiz kimi, Azərbaycanda hamiləliyə və doğuma görə müavinətin verilməsi mexanizmində yeni mərhələ başlayır. Artıq prosesin elektronlaşdırılması və avtomatlaşdırılması nəzərdə tutulur ki, bu da gələcək analar üçün sənəd yükünün azalması, ödənişlərin daha sürətli həyata keçirilməsi və şəffaflığın artırılması baxımından diqqət çəkir.
Yeni qaydalar həm müavinətin hesablanma mexanizmini, həm də hüquq əldə etmə şərtlərini yenidən gündəmə gətirib.
Yeni tətbiq edilən sistemdə vətəndaşların ən çox qarşılaşa biləcəyi problem nə ola bilər və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Oxu24.com xəbər verir ki, “globalinfo.az”a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, hamiləlik və doğuma görə müavinətlərin elektronlaşdırılması Azərbaycanın rəqəmsal dövlət quruculuğu yolunda atdığı növbəti uğurlu addımdır:
“Lakin sistemin “insan amili” və texniki bazalar arasındakı uyğunsuzluqlar səbəbindən axsamaması üçün həm dövlət qurumları, həm işəgötürənlər, həm də vətəndaşlar daha diqqətli olmalıdırlar. Gələcək anaların bu həssas dövrdə əlavə qayğılarla qarşılaşmaması üçün rəqəmsal infrastrukturun insan yönümlü olması əsas şərtdir.
Sistemin elektronlaşdırılmasına və avtomatlaşdırılmasına baxmayaraq, tətbiq prosesində bir neçə ciddi problemin yaranma ehtimalı var. Ən böyük risk fərqli dövlət qurumlarının bazaları arasındakı inteqrasiya xətaları ola bilər. Məsələn, həkimin sistemə daxil etdiyi məlumatla işəgötürənin əmək müqaviləsi bildirişindəki məlumatlar (soyadın dəyişməsi, iş stajı və ya əməkhaqqı məbləği) arasında ən kiçik uyğunsuzluq belə sistemin ödənişdən imtina etməsinə səbəb ola bilər”.
Nərmin Abbaslının fikrincə, yeni sistemdə işəgötürənlərin üzərinə böyük məsuliyyət düşür:
“Müəssisə tərəfindən sosial sığorta haqlarının vaxtında ödənilməməsi və ya hesabatların gecikdirilməsi sistemin avtomatik olaraq müavinət təyinatını dayandırmasına gətirib çıxara bilər. Xüsusilə ucqar regionlarda yaşayan və rəqəmsal resurslardan istifadə bacarığı aşağı olan vətəndaşlar üçün portallar vasitəsilə prosesi izləmək çətinlik yarada bilər”.
N.Abbaslı bildirib ki, elektron sistemin effektivliyini artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək üçün aşağıdakı qabaqlayıcı tədbirlər görülə bilər:
“Vətəndaşlar üçün “şəffaf izləmə paneli” yaradılmalıdır. Əgər müavinətin verilməsində gecikmə yaranarsa, vətəndaş sistemə daxil olduqda bunun səbəbini (məsələn: “Həkim məlumatı daxil etməyib” və ya “İşəgötürən sığorta haqqını ödəməyib”) aydın görməlidir. Müavinət təyinatı və ya imtina barədə məlumat vətəndaşa yalnız portal vasitəsilə deyil, həm də SMS bildiriş şəklində göndərilsə, məqsədəuyğun olar deyə düşünürəm. Tibb müəssisələrində və qadın məsləhətxanalarında yeni sistemin işləmə qaydaları barədə əyani vəsaitlər yerləşdirilməli, “qaynar xətt” xidmətləri operativləşdirilməlidir”.
22:15 / 23 İyul 2026
28
21:57 / 23 İyul 2026
57
21:39 / 23 İyul 2026
58
21:26 / 23 İyul 2026
68
20:51 / 23 İyul 2026
67
20:18 / 23 İyul 2026
71
19:33 / 23 İyul 2026
80
19:13 / 23 İyul 2026
89
19:09 / 23 İyul 2026
81
18:57 / 23 İyul 2026
82
18:37 / 23 İyul 2026
93
17:59 / 23 İyul 2026
114
17:45 / 23 İyul 2026
86
17:35 / 23 İyul 2026
107
17:25 / 23 İyul 2026
92
17:12 / 23 İyul 2026
128
17:04 / 23 İyul 2026
293
17:00 / 23 İyul 2026
92
16:58 / 23 İyul 2026
111
16:53 / 23 İyul 2026
124
16:46 / 23 İyul 2026
109
16:35 / 23 İyul 2026
110
16:30 / 23 İyul 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.