Azərbaycan banklarının xalis xarici aktivləri 20%-dən çox artıb
29 Sentyabr 2026, 14:40
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
643
02.05.2026, 20:00
Mövcud iqtisadi şəraitdə pensiya sisteminin gələcəyi ilə bağlı narahatlıqlar getdikcə daha çox müzakirə olunur. Əhali strukturunda baş verən dəyişikliklər, qeyri-rəsmi məşğulluğun yüksək səviyyədə qalması və büdcə yükünün artması fonunda sistemin davamlılığı sual altına düşür.
Bəs pensiya sistemi həqiqətən risk altındadırmı?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, rəsmi yanaşmalarda sabitlik və təminat mesajları verilsə də, faktiki göstəricilər sistemin uzunmüddətli perspektivdə ciddi təzyiqlərlə üz-üzə olduğunu göstərir:
Asif İbrahimov
“Əsas problem struktur xarakterlidir: işləyən əhali ilə pensiya alanlar arasındakı balans sürətlə dəyişir. Əhali qocalır, doğum səviyyəsi azalır, qeyri-rəsmi məşğulluq isə hələ də yüksək olaraq qalır. Bu isə o deməkdir ki, pensiya fonduna daxilolmalar azalır, öhdəliklər isə artır. Nəticədə sistem getdikcə daha çox dövlət büdcəsindən asılı vəziyyətə düşür”.
İqtisadçı qeyd edib ki, beynəlxalq təcrübə də bu modelin əvvəlki kimi effektiv olmadığını göstərir:
“Müxtəlif beynəlxalq qurumların hesabatlarında ənənəvi paylanma əsaslı pensiya sistemlərinin ciddi islahatlar olmadan uzun müddət davamlı qala bilməyəcəyi açıq şəkildə vurğulanır.
Ən narahatedici məqamlardan biri cəmiyyətə real risklərin tam şəkildə izah olunmamasıdır.
Pensiya sisteminin tam ləğvi real görünməsə də, onun faktiki olaraq zəifləməsi, ödənişlərin alıcılıq qabiliyyətinin azalması və çıxış şərtlərinin sərtləşməsi artıq qaçılmaz istiqamət kimi görünür”.
Asif İbrahimov əlavə edib ki, qarşıdakı dövrdə bir sıra dəyişikliklər gözlənilir:
“Bunlara pensiya yaşının mərhələli şəkildə artırılması, dövlət tərəfindən ödənilən pensiyaların nisbi azalması və fərdi yığım, eləcə də özəl pensiya mexanizmlərinin ön plana çıxması daxildir.
Bu dəyişikliklər vətəndaşlar üçün yeni reallıq formalaşdırır və gələcəkdə yalnız dövlət pensiyasına arxalanmaq ciddi risklər yaradacaq”.
İqtisadçı hesab edir ki, artıq gecikmədən açıq və dürüst islahat gündəliyi formalaşdırılmalıdır. Cəmiyyətə real vəziyyət izah olunmalı, alternativ mexanizmlər təşviq edilməli və uzunmüddətli sosial təminat modeli yenidən qurulmalıdır. Əks halda, mövcud problemlər gələcəkdə daha kəskin sosial və iqtisadi böhranlara səbəb olacaq.
17:41 / 29 Sentyabr 2026
1
17:30 / 29 Sentyabr 2026
31
17:20 / 29 Sentyabr 2026
39
17:19 / 29 Sentyabr 2026
48
17:15 / 29 Sentyabr 2026
50
17:11 / 29 Sentyabr 2026
63
17:05 / 29 Sentyabr 2026
49
17:02 / 29 Sentyabr 2026
48
16:58 / 29 Sentyabr 2026
55
16:56 / 29 Sentyabr 2026
66
16:46 / 29 Sentyabr 2026
156
16:31 / 29 Sentyabr 2026
67
16:24 / 29 Sentyabr 2026
53
16:19 / 29 Sentyabr 2026
220
16:14 / 29 Sentyabr 2026
52
16:05 / 29 Sentyabr 2026
62
16:01 / 29 Sentyabr 2026
47
15:54 / 29 Sentyabr 2026
68
15:44 / 29 Sentyabr 2026
431
15:41 / 29 Sentyabr 2026
71
15:10 / 29 Sentyabr 2026
74
14:56 / 29 Sentyabr 2026
83
14:40 / 29 Sentyabr 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.