Brent neftinin qiyməti 88 dolları ötüb
17 İyul 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
562
28.04.2026, 21:40
Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşların real ehtiyaclarını nə dərəcədə qarşıladığı sual doğurur.
Bəs, orta pensiya məbləği artırıla bilərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, cəmiyyətdə təqdim olunan rəqəmlərlə bağlı yanlış təsəvvür formalaşmamalıdır.
Onun sözlərinə görə, açıqlanan göstəricilər minimum pensiya deyil, orta statistik məbləğdir:
“Bu rəqəmlər bütün pensiyaçıların aldığı konkret məbləği əks etdirmir. İş stajı və fərdi göstəricilərdən asılı olaraq pensiyalar dəyişir və bu da orta rəqəmi yüksəldir.
Vətəndaş üçün vacib olan orta pensiyanın artması yox, həmin vəsaitin gündəlik xərcləri qarşılaya bilməsidir. Kommunal ödənişlər, ərzaq məhsulları, xüsusilə, yaşlı insanların dərman və müalicə xərcləri artır. Əgər pensiya artımı bu xərcləri kompensasiya etmirsə, real faydası məhdud olur.”
Günay Hüseynova əlavə edib ki, gəlir artımlarında faiz prinsipi bərabərsizliyi daha da dərinləşdirə bilər:
“Əgər biri 430 manat, digəri isə 1500 manat gəlir əldə edirsə, faizlə artım yüksək gəlirli şəxslərə daha çox üstünlük verir. Bu isə sosial balansı pozacaq.
Bir çox ölkələrdə pensiya artımı ilə paralel olaraq əlavə sosial dəstək mexanizmləri də tətbiq olunur. Məsələn, Türkiyədə 65 yaşdan yuxarı şəxslər üçün şəhərdaxili nəqliyyat pulsuzdur. Şəhərlərarası nəqliyyat və hava daşımalarında isə xüsusi endirimlər mövcuddur. Bu yanaşma pensiyaçıların xərclərini azaltmağa xidmət edir. Pensiyanın artacağı xəbəri yayılanda bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur. Halbuki, alıcı kütləsi yalnız pensiyaçılardan ibarət deyil.”
Beləliklə, ekspertin qənaətinə görə, pensiyaların artırılması ilə yanaşı, sosial xərclərin azaldılması və əlavə güzəşt mexanizmlərinin tətbiqi daha effektiv nəticə verə bilər.
00:05 / 19 İyul 2026
87
23:30 / 18 İyul 2026
80
23:00 / 18 İyul 2026
75
22:43 / 18 İyul 2026
270
22:20 / 18 İyul 2026
98
22:11 / 18 İyul 2026
233
21:26 / 18 İyul 2026
99
20:51 / 18 İyul 2026
70
20:39 / 18 İyul 2026
109
20:29 / 18 İyul 2026
196
20:11 / 18 İyul 2026
76
20:09 / 18 İyul 2026
98
20:01 / 18 İyul 2026
94
19:56 / 18 İyul 2026
90
19:44 / 18 İyul 2026
91
19:37 / 18 İyul 2026
95
19:07 / 18 İyul 2026
93
18:57 / 18 İyul 2026
112
18:24 / 18 İyul 2026
98
18:07 / 18 İyul 2026
92
13:55 / 18 İyul 2026
136
13:32 / 18 İyul 2026
898
13:25 / 18 İyul 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.