Neftin qiyməti dəyişdi
13 Noyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
681
06.03.2026, 15:43
İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forum keçirilib. Rəqəmsallaşma ilə yanaşı, ağıllı qərar qəbuletmə mexanizmini təmin edən, məlumatlara söykənən və davamlı tərəqqini stimullaşdıran rəqəmsal ekosistemin qurulması istiqamətində həyata keçiriləcək layihələrin müzakirə olunduğu forumda vergi rekordçuları da elan olunub. Nəticədə ölkənin birinci bankı Kapital Bank Dövlət Vergi Xidməti tərəfindən növbəti dəfə “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan olunub. Bu nailiyyət bankın regionda maliyyə şəffaflığı, hesabatlılıq və dayanıqlı iqtisadi inkişafın əsas simalarından biri kimi mövqeyini daha da gücləndirib.
Qeyd edək ki, bu mükafat Azərbaycanın şəffaf və data-əsaslı rəqəmsal iqtisadiyyata doğru strateji keçidi ilə tam üst-üstə düşür. Dövlət Vergi Xidmətinin süni intellektə və proaktiv analitikaya əsaslanan idarəetmə modelinə keçid vizyonu, bankın maliyyə xidmətlərinə innovativ və texnologiya yönümlü yanaşmasını tamamlayır.
Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı Direktoru Fərid Hüseynov bankın ikinci dəfə bu mükafata layiq görülməsini şəffaflıq və korporativ məsuliyyət prinsiplərinin ən güclü göstəricisi adlandırıb. “Azərbaycan rəqəmsal və data-əsaslı iqtisadiyyata keçidin sürətləndiyi bir dövrdə Kapital Bank olaraq bu transformasiyanın ön sıralarında olmaqdan qürur duyuruq”.
Qeyd edək ki, ölkənin aparıcı maliyyə institutlarından biri olan Kapital Bank uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
15:01 / 13 Noyabr 2026
43
14:59 / 13 Noyabr 2026
109
14:50 / 13 Noyabr 2026
57
14:46 / 13 Noyabr 2026
69
14:33 / 13 Noyabr 2026
75
14:24 / 13 Noyabr 2026
352
14:17 / 13 Noyabr 2026
336
14:12 / 13 Noyabr 2026
75
14:05 / 13 Noyabr 2026
139
14:00 / 13 Noyabr 2026
82
13:43 / 13 Noyabr 2026
162
13:41 / 13 Noyabr 2026
82
13:20 / 13 Noyabr 2026
83
13:05 / 13 Noyabr 2026
185
12:57 / 13 Noyabr 2026
130
12:45 / 13 Noyabr 2026
121
12:32 / 13 Noyabr 2026
164
12:20 / 13 Noyabr 2026
107
12:17 / 13 Noyabr 2026
104
12:08 / 13 Noyabr 2026
772
11:55 / 13 Noyabr 2026
144
11:45 / 13 Noyabr 2026
212
11:40 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.