Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
14 Noyabr 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
943
30.11.2025, 11:20
2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 3 milyard 262.6 milyon təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.7% və ya 310 milyon ABŞ dolları azalıb. Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 26% artaraq 1 milyard 753.2 milyon, satışı isə 30.9% azalaraq 1 milyard 509.4 milyon təşkil edib.
Bəs bankların dollar satışı niyə bu qədər azalıb?
Oxu24.com xəbər verir ki,Moderator.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, müvafiq istiqamətdə diaqnostik təhlilim olmadığı üçün faktiki səbəbləri sadalaya bilmirəm, amma müşahidə və eyni zamanda ilkin qiymətləndirmələr nəticəsində qənaətlərimi diqqətinizə çatdıra bilərəm.
Onun sözlərinə görə, bu istiqamətdə birinci əsas faktor dollarizasiya prosesinin davam etməsi meyilləridir:
“Məsələn, ilin əvvəlində manatla olan depozitlər təxminən 24,8 milyard manat olduğu halda, artıq 10 ayın nəticələrinə görə bu göstərici 25,9 milyarda çatıb. Yəni burada təxminən 1,1 milyard manat artım var. Amma müvafiq artım tempi valyuta ilə olan depozitlərdə müşahidə edilmir. Bu sahədə demək olar ki, səviyyə dəyişməyib və yaxud çox cüzi dəyişiklik – təxminən 200 milyon manatlıq artım baş verib. Bu, təsir edən amillərdən biridir. Vətəndaşlar valyuta alışına ciddi maraq göstərmir, bu istiqamətdə tələb aşağıdır.
İkinci məsələ, 2025-ci ilin əvvəlinə dair gözləntilərlə bağlıdır. Həmin dövrdə manatın məzənnəsi ilə bağlı vətəndaşlarda müəyyən narahatlıq yaranmış və dollar alışları nisbətən güclənmişdi. Bu isə sonrakı mərhələdə həmin vəsaitlərin bazara təklif olunmasına, yəni satışın artmasına gətirib çıxarır. Çünki fiziki şəxslər və ailə təsərrüfatları müəyyən müddətdən sonra yığımlarını xərcləmək məcburiyyətində qalırlar.
Üçüncü faktor, qısamüddətli dövrdə manatın hələlik sabit qalmasıdır. Bu, kiçik yığımlara malik ailə təsərrüfatlarının valyuta alma meylini azaldan amillərdən biridir.
Eyni zamanda, valyuta depozitlərinin bəzi hallarda müddətinin başa çatması və manatla depozitlərə daha yüksək faizlərin təklif olunması fonunda bəzi əmanətçilər vəsaitlərini növbəti dəfə manatla yerləşdirirlər. Yaxud əmanətlər geri götürüldükdən sonra onun bir qismi xərclənir və bu vəsait bazara çıxarılaraq satılır. Bu da satışın alışla müqayisədə fərqli olmasına səbəb olur.
Faktiki olaraq, bankların bilərəkdən daha az valyuta satışı həyata keçirmə kimi strategiyasının nəticəsi olaraq bu ortaya çıxmır. Bu, sadəcə bazardakı tələb və təklifin mövcud konyunkturasının nəticəsidir. Hazırda ümumi alış səviyyəsinin aşağı düşməsini müşahidə edirik”.
20:44 / 15 Noyabr 2026
26
20:39 / 15 Noyabr 2026
38
20:30 / 15 Noyabr 2026
67
20:09 / 15 Noyabr 2026
249
19:51 / 15 Noyabr 2026
265
19:37 / 15 Noyabr 2026
83
19:17 / 15 Noyabr 2026
92
19:09 / 15 Noyabr 2026
90
18:40 / 15 Noyabr 2026
105
18:05 / 15 Noyabr 2026
141
17:53 / 15 Noyabr 2026
1775
17:43 / 15 Noyabr 2026
731
17:16 / 15 Noyabr 2026
617
17:12 / 15 Noyabr 2026
3295
17:09 / 15 Noyabr 2026
117
15:50 / 15 Noyabr 2026
130
15:25 / 15 Noyabr 2026
165
15:15 / 15 Noyabr 2026
148
14:47 / 15 Noyabr 2026
212
14:34 / 15 Noyabr 2026
415
14:25 / 15 Noyabr 2026
171
14:19 / 15 Noyabr 2026
143
14:02 / 15 Noyabr 2026
576
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.