Bakı-Qazax yolunda qəza - Yaralılar var - VİDEO
06 Avqust 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11262
30.11.2025, 10:41
Xəbər verdiyimiz kimi,keçmiş deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.
Onun Ramiz Mehdiyevlə bağlı saxlanıldığı deyilir.
Oxu24.com xəbər verir ki,Gültəkin Hacıbəyli İstanbulda polis məntəqəsində (karakol) saxlanılıb.
Onun polis məntəqəsindən görüntüləri yayılıb.
Gültəkin Hacıbəylinin hazırda Azərbaycanada deportasiya olunması gözlənilir.
Qeyd edək ki,Oxu24.com saytı Gültəkin Hacıbəylinin Türkiyəyə qaçması barədə məlumat yaymışdı.Bu qaçma Ramiz Mehdiyevin həbsi ilə bağlı idi.Mənbənin saytımıza verdiyi məlumata görə,Hacıbəyli Bakıdan qaçarkən saçını belə daramağı unutmuş,hətta,çemodanının birini Ramiz Mehdiyevdən hədiyyə aldığı evin həyətində unudubmuş...
Oxu24.com saytı Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevin tikdirdiyi binalarda mülklərə sahib olması barədə faktlar yaymışdı.
Söhbət Nəsimi rayonu,Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Həmin binaların Ramiz Mehdiyevə məxsus olması heç kəsə sirr deyildir.Bu həm sənədlərlə,həm də,həmin binada yaşayan sakinlərin ifadələri ilə öz təsdiqini tapır.El arasında da sözügedən tikililər “Ramiz Mehdiyevin evləri” adlandırılır.Həmçinin Ramiz Mehdiyevə məxsus olduğu deyilən bir neçə şirkətin də hüquqi ünvanı məhz bu küçədə yerləşən mənzil göstərilir.
Məlum olur ki, R.Mehdiyev Gültəkin Hacıbəylini “mükafatlandırmaq” məqsədi ilə bina tikilən ərəfədə,2005-ci ildə ona iki mənzil həddiyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da,evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir.Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır.Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir.Əldə etdiyimiz məlumata görə,G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.
Eyni binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə G.Hacıbəyli özü tək yaşayır.
Gültəkin Hacıbəyli ittihamlar fonunda özünü təmizə çıxarmağa çalışır.Facebookda yazdığı statusda Ramiz Mehdiyevlə əlaqəsi olanları şərəfsiz adlandırır.Bunu yazan jurnalistləri "zırnalist" adlandırır və s.
Ortada bir sual hələ də açıq qalır: Ramiz Mehdiyevin tikdirdiyi binalarda Gültəkin Hacıbəyli milyonluq mülklərə necə sahib olub?Bu suala cavab tapmaq elə bütün qaranlıq məqamlara işıq salmaq deməkdir.Əgər,Gültəkin Hacıbəyli bu tarixçəni unudubsa,ona xatırlatma edə bilərik.Oxu24.com həmin mülklərin necə və hansı işin müqabilində əldə edilməsi barədə məlumatlar əldə edib.Yeri gəldikcə,yeni faktlar ictimaiyyətə açıqlanacaq.
Qaldı ki,hər zaman demokratiyadan,azadlıqdan,tənqidə açıq olmaqdan dəm vuran Hacıbəylinin dəm olub jurnalistləri və Oxu24.com saytının əməkdaşlarını "zırnalist" adlandırmasına...Bu ifadələrə görə,o qanun qarşısında cavab verə bilər.Oxu24.com həmin statusla bağlı hazırda hüquqşünaslarla məsləhətləşmələr aparır.Yaxın zamanda sözügedən status və ifadələrlə bağlı məhkəməyə müraciət olunacağı istisna edilmir.
Hazırladı: Miri Məcidli
Oxu24.com saytının baş redaktoru
17:15 / 06 Avqust 2026
10
16:55 / 06 Avqust 2026
38
16:40 / 06 Avqust 2026
53
16:15 / 06 Avqust 2026
76
16:15 / 06 Avqust 2026
62
15:55 / 06 Avqust 2026
64
15:53 / 06 Avqust 2026
85
15:45 / 06 Avqust 2026
88
15:30 / 06 Avqust 2026
64
15:15 / 06 Avqust 2026
80
14:59 / 06 Avqust 2026
90
14:58 / 06 Avqust 2026
75
14:45 / 06 Avqust 2026
84
14:27 / 06 Avqust 2026
103
14:17 / 06 Avqust 2026
93
14:14 / 06 Avqust 2026
87
13:57 / 06 Avqust 2026
91
13:55 / 06 Avqust 2026
81
13:40 / 06 Avqust 2026
75
13:22 / 06 Avqust 2026
94
13:20 / 06 Avqust 2026
86
13:06 / 06 Avqust 2026
93
12:58 / 06 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.