Nazirlikdən 20 mindən çox pensiyaçı ilə bağlı vacib xəbər
19 Avqust 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1595
09.06.2025, 22:06
Bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir.
Oxu24.com Xəzər TV-yə istinadən bildirir ki, Prezident İlham Əliyev ötən il imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin 3 ay müddətində hazırlanıb təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb. Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?
Millət vəkili Vüqar Bayramov bildirir ki, ölkə rəhbərliyi tərəfindən müvafiq sənəd imzalandıqdan sonra təqribən 3 milyon şəxsi əhatə edən sosial müavinətlər və təqaüdlərin artırılması həyata keçiriləcək.
İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, artımların nə qədər olacağı birbaşa hökumətin səlahiyyətində olan məsələdir. Artıq bunun üçün büdcədə artımlarla bağlı ehtiyatlar yaradılıb və artımların olacağı ilə bağlı cəmiyyətə mesajlar verilib.
İqtisadçı həmçinin bildirib ki, ölkədə minimum əmək haqqı və pensiyanın artım faizinə uyğun olaraq sosial müavinət və təqaüdlərdə artım olacağı gözlənilir. Bu rəqəm isə təqribən 10-15 faiz arasında dəyişə bilər.
İqtisadçı qeyd edib ki, dövlət büdcəsində 3 milyard manatdan çox profisitin yaranması, eyni zamanda, vergi ödəmələrinin 5,7 faizin üzərində olması sosial müavinət və təqaüdlərin artmasına zəmin yaradır.
Daha ətraflı videomaterialı təqdim edirik.
11:52 / 19 Avqust 2026
1
11:49 / 19 Avqust 2026
23
11:27 / 19 Avqust 2026
36
11:13 / 19 Avqust 2026
34
11:09 / 19 Avqust 2026
46
11:07 / 19 Avqust 2026
48
10:52 / 19 Avqust 2026
49
10:40 / 19 Avqust 2026
57
10:31 / 19 Avqust 2026
59
10:27 / 19 Avqust 2026
57
10:15 / 19 Avqust 2026
65
10:09 / 19 Avqust 2026
79
09:58 / 19 Avqust 2026
68
09:37 / 19 Avqust 2026
74
09:25 / 19 Avqust 2026
74
09:12 / 19 Avqust 2026
73
09:09 / 19 Avqust 2026
72
08:59 / 19 Avqust 2026
87
08:51 / 19 Avqust 2026
70
00:29 / 19 Avqust 2026
72
23:51 / 18 Avqust 2026
96
23:16 / 18 Avqust 2026
129
22:48 / 18 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.