Azərbaycanın nə qədər dövlət borcu var?
22 İyul 2025, 13:54
Qaynar xətt:
(+99450) 247 90 86Kürü istehsalında rekord artım: Hamı dada biləcək?
İQTİSADİYYAT
367
06.06.2025, 14:28
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə balığı kürüsü istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstəricinin həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5.1 dəfə və ya 425.9 kiloqram çoxdur.
Oxu24.com "Kaspi" qəzetində dərc olunan yazını təqdim edir:
Belə ki, hesabat dövründə Azərbaycanda 103.1 kiloqram nərə balığının kürüsü istehsal edilib.
Bəs qara kürü istehsalı sahəsindəki potensialımız necədir? Gələcəkdə də artımı davam etdirmək mümkün olacaqmı?
Süni balıqartırma müəssisələrindəki işin nəticəsi
Balıqçılar İttifaqının sədri Əfqan Əliyevin sözlərinə görə, artan statistik rəqəmlər təbii nərə balıqlarına aid deyil: "Söhbət Xəzərin təbii nərə balığı kürüsündən gedirsə, bu, müəmmalı rəqəmdir. Çünki təbii kürü artımı bir ildə beş dəfə artırsa, deməli, nərə balıqlarının artımı da buna uyğun olmalıdır. Bu rəqəm süni balıqartırma müəssisələrində qeydə alınıb".
Ə.Əliyevin fikrincə, təbii istehsal üçün potensialımız olsa da, ondan istifadə etmirik: "Nəinki kürü, ümumiyyətlə yerli balıqçılıq üçün ölkəmizin iqlim şəraiti mükəmməldir. Təəssüf ki, Azərbaycanda balıqçılıq təsərrüfatları xaricdən gələn balıqların qiyməti qarşısında rəqabətə tab gətirə bilmir. Azərbaycanda balıq istehsalının qarşısını alan amillərdən ən başlıcası xarici bazardır. İkincisi isə yerli balıq yemləri istehsalının baha başa gəlməsidir. Amma problemlər bununla da bitmir. Ölkədə mütəxəssis çatışmazlığı və təsərrüfatlarda su qıtlığı problemi də var".
"Balıqçılıq sahəsi yenidən qurulacaq"
Sədrin sözlərinə görə, bu ilin sonuna doğru həm balıq istehsalı, həm də kürü istehsalı artacaq: "Çünki hər iki sahə payızda aktivləşir. Hazırda biz 300 mindən artıq çəki balığı yetişdiririk. Bu balıqları payızda Xəzərə və ölkəmizin daxili su hövzələrinə buraxacağıq. İnanıram ki, bu da balıqçılığa öz töhfəsini verəcək. 2025-ci ildən sənaye balıqçılığı Kənd Təsərrüfatı Nazirliyinə verilib. Balıqçılıq sahəsi yenidən qurulacaq. Sahibkarlara dövlət dəstəyi göstərilsə, bu halda inkişaf mümkündür".
Hədəf illik 40 tonluq istehsaldır
Həmçinin oxuyun
Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlı isə kürü istehsalında artımın olduğunu təsdiqlədi: "Bəli, artım mövcuddur. Nərə cinsli balıqların böyüməsi üçün uzun zamana ehtiyac var. Məsələn, rus nərəsi, Kür nərəsi 7-9 il sonra kürü verir. Bölgə balığının isə 11-13-cü ildə bizim iqlim şəraitində kürü verməyi müşahidə olunur. O səbəbdən də 6-8 il öncə yetişdirilən balıqlar bu illərdə kürü verməyə başlayıb. Bu artım məxsusi olaraq bununla bağlıdır".
Z.Salmanlının sözlərinə görə, istehsal davam edərsə, rekord göstəricinin əldə edilməsi də mümkündür: "2027-ci ildə ciddi kürü istehsalı gözləyirik. Ölkəmizin həmin illər üçün potensialının 40 ton olacağı gözlənilir. Bu, ölkəmiz üçün böyük rəqəmdir. Hansı ki, hazırda dünyada 100-cü sırada belə deyilik. Amma bu göstərici ilə birdən-birə ilk onluğa daxil ola bilərik. Biz hazırda bu istehsal həcminə ciddi şəkildə hazırlaşırıq".
"Yerli istehsal müdafiə olunmur"
Sədr bu sahədəki mövcud problemlərə də toxundu: "Lakin istehsalın artımının qarşısını kəsən problemlər də var. Hansı ki, əsas problem daxili bazarın tam açıq olmasıdır. Yəni yerli istehsal demək olar ki, müdafiə olunmur. Keyfiyyətsiz və ucuz nərə cinsli balığın əti, kürüsü Çindən, Avropadan və digər ölkələrdən idxal olunur. Eyni zamanda, İran kimi nərə istehsalında ixtisaslaşmış ölkədən gömrük rüsumu olmadan təzə və dondurulmuş balıq idxal edilir. Bu da problemlərin ən ciddisidir".
Z.Salmanlı da düşünür ki, bu sahənin inkişafı üçün dövlət dəstəyi vacibdir: "Yuxarıda qeyd etdiyim hədəfə çatmaq üçün balıqçılığa, bu sahəyə dövlətdən dəstək lazımdır. Həmçinin sənaye sahəsində vergi tətbiq olunur. Xüsusən də vergi siyasətində güzəştlər edilməlidir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çalışırıq. Yəqin ki, digər qurumların da dəstəyi ilə balıq istehsalı sektoru güzəştlər əldə edə biləcək. Gələcəkdə bu problem də həllini tapacaq. Əvvəllər qeyd olunan problemlərin həlli yolu mücərrəd vəziyyətdə idi. Lakin dekabr ayında Prezidentin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin yanında Balıqçılıq və Akvakultura Mərkəzi yaradıldı. Düşünürəm ki, özəl və dövlət sektor arasında yaranan effektiv əməkdaşlıq nəticəsində bu problemlər ən qısa zamanda həll olunacaq".
2025-ci il boyunca artım müşahidə olunmağa davam edəcək
Sədrin sözlərinə görə, gələcək illərdə mövcud problemlər də həllini tapdıqdan sonra kürü istehsalımızı davamlı artıra biləcəyik: "Düşünürəm ki, 2025-ci il boyunca artım müşahidə olunmağa davam edəcək. İlin sonuna kimi ən pis halda beş ton qara kürü istehsal ediləcəyini proqnozlaşdırıram".
02:52 / 23 İyul 2025
“Məni Çinə dəvət etdi”
1
23:59 / 22 İyul 2025
Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır
78
22:46 / 22 İyul 2025
Dünyaca məşhur rokçu vəfat etdi
32
21:07 / 22 İyul 2025
Tiktoker "Roşka"nın məhkəməsi başladı
81
20:43 / 22 İyul 2025
Polşa əhaliyə Rusiya ilə bağlı xəbərdarlıq etdi
199
18:44 / 22 İyul 2025
Sumqayıtda şok: Uşaqlar atalarını döyüb öldürdülər
204
18:43 / 22 İyul 2025
Rusiyada saytlara məlumat ötürən polislər həbs olunub
66
16:40 / 22 İyul 2025
Bayraktarlar Belarus sərhədləri yaxınlığında uçacaq
76
16:36 / 22 İyul 2025
Yüksək vəzifəyə TƏYİNAT OLDU
628
16:20 / 22 İyul 2025
Britaniya İsraili yeni sanksiyalarla hədələyir
70
16:09 / 22 İyul 2025
Şərqi Aralıq dənizində temperatur 40 dərəcəni keçib
74
16:01 / 22 İyul 2025
Gürcüstan səfirlik üçün Tiflisdəki torpaqlarını Azərbaycana verir
83
15:55 / 22 İyul 2025
Lavrov təhdid etdi
89
15:46 / 22 İyul 2025
Bu tarixdən onların MAAŞLARI ARTACAQ
732
15:38 / 22 İyul 2025
Qadın iki qardaşa eyni anda ərə getdi - FOTO
354
15:31 / 22 İyul 2025
Hakan Fidandan ümidli AÇIQLAMA
82
15:20 / 22 İyul 2025
Lavrova qardaşım dedi
73
15:11 / 22 İyul 2025
Türkiyənin son addımı İsraildə həyəcan təbili çaldı: Bölgədə güc balansı dəyişəcək
702
15:06 / 22 İyul 2025
Peskov Azərbaycanla bağlı elə şeylər dedi ki… – Kreml Bakı ilə fikir ayrılığını etiraf etdi, amma…
188
14:58 / 22 İyul 2025
Ceyhun Bayramovla gürcüstanlı həmkarı ilə görüşüb
76
14:35 / 22 İyul 2025
Musiqiçini maşın vurub öldürdü (FOTO)
268
14:28 / 22 İyul 2025
SENSASSİYA! Putin yeni müharibəyə hazırlaşır: Kəşfiyyat məlumat əldə edib
1603
14:15 / 22 İyul 2025
Partizanlar Rusiya ordusuna sızdı - ŞOK
94
14:12 / 22 İyul 2025
Kreml Putinin Zelenski ilə mümkün görüşünə münasibət bildirib
79
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.