Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
24 Avqust 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
614
04.03.2025, 20:17
2029-cu ildə Benjamin Franklinin əvəzinə Trampın olduğu əskinaslar peyda ola bilər.
Respublikaçıların nümayəndəsi Brandon Qill ABŞ prezidenti Donald Trampın portretini 100 dollarlıq əskinasın yerləşdirməklə “xatirəsini əbədiləşdirmək” istəyir.
Bu barədə “Fox News” xəbər verir.
"Prezident Tramp qızıl illərini qolf oynayaraq və ailəsi ilə vaxt keçirə bilərdi. Bunun əvəzinə o, bu ölkəyə rəhbərlik etdi və indi sərhədimizi qorumaq, dünyanın qalan hissəsi ilə qeyri-bərabər ticarət əlaqələrimizi düzəltmək, Amerika enerjisini yenidən müstəqil etmək və faydasız xarici yardıma son qoymaqla Amerikanı birinci yerə çıxarmaq üçün vaxtdan artıq işləyir", - gənc respublikaçı rəhbərlərinə təmtəraqlı təriflər yağdırıb.
O, yaltaqcasına təklifi ilə Benjamin Franklinin 100 dollarlıq əskinasda Trampla dəyişdirilməsini “Trampın növbəti dörd il ərzində görəcəyi hər şeyə hörmət etmək üçün kiçik bir yol” adlandırır.
Onun layihəsi qəbul olunarsa, maliyyə nazirindən 2026-cı ilin sonuna qədər qanun layihəsinin "ilkin layihəsini" dərc etməsi tələb olunacaq. 2029-cu ildə Benjamin Franklinin əvəzinə Trampın olduğu əskinaslar peyda ola bilər.
Qillin təşəbbüsü konqresmen Co Uilsonun Trampın üzünü yeni 250 dollarlıq əskinasda çəkmək üçün analoji səyindən bir həftə sonraya təsadüf edir. Qanun layihəsi Nümayəndələr Palatasının daha üç mühafizəkarı tərəfindən birgə irəli sürülüb.
Sonuncu dəfə prezidentin portretinin Amerika valyutasında əvəzlənməsi 1929-cu ildə baş verib. Endryu Cekson o zaman 20 dollarlıq əskinasla Qrover Klivlendi əvəz edib.
23:54 / 24 Avqust 2026
1
22:49 / 24 Avqust 2026
32
22:49 / 24 Avqust 2026
52
22:25 / 24 Avqust 2026
160
22:06 / 24 Avqust 2026
66
21:40 / 24 Avqust 2026
59
21:17 / 24 Avqust 2026
76
20:58 / 24 Avqust 2026
86
20:58 / 24 Avqust 2026
97
20:28 / 24 Avqust 2026
69
20:00 / 24 Avqust 2026
74
19:45 / 24 Avqust 2026
91
19:38 / 24 Avqust 2026
89
19:29 / 24 Avqust 2026
82
19:18 / 24 Avqust 2026
151
19:13 / 24 Avqust 2026
81
19:08 / 24 Avqust 2026
869
19:00 / 24 Avqust 2026
71
18:59 / 24 Avqust 2026
370
18:57 / 24 Avqust 2026
83
18:51 / 24 Avqust 2026
87
18:43 / 24 Avqust 2026
165
18:26 / 24 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.