Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
24 Avqust 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
647
04.03.2025, 17:15
Ekoloji layihələrə daim dəstək verən "Birbank", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub. Aksiya zamanı "Birbank" əməkdaşları və müştərilərinin birgə iştirakı ilə 2800-dən çox ağac əkilib. Müşfiqabad qəsəbəsində keçirilən aksiya çərçivəsində ərazinin iqlim şəraitinə uyğun olaraq Eldar şamı və zeytun ağacları əkilib.
Aksiya ötən il “Yaşıl dünya naminə həmrəylik” ili münasibətilə həyata keçirilən kampaniyanın davamı olaraq baş tutub. Kampaniyanın şərtlərinə əsasən 2024-cü ilin oktyabr və noyabr aylarında "Birbank"da depozit faizlərini müddətin sonunda almaq şərti ilə ən azı 500 manat olmaqla 6, 12 və 18 aylıq müddətdə Rəqəmsal depozit yerləşdirən müştərilərin adına bank 1 ağac əkib. Əkilən ağaclara görə müştərilərə xüsusi sertifikat təqdim edilib. Bununla da müştərilər rəqəmsal bankçılığın üstünlüklərindən faydalanmaqla yanaşı daha yaşıl dünya üçün töhfə vermiş olublar.
Layihənin əsas məqsədi ekoloji tarazlığın qorunmasına dəstək olmaq, ictimaiyyəti, xüsusən də gəncləri ətraf mühitin mühafizəsinə təşviq etmək və yaşıl gələcək üçün birgə fəaliyyətə səsləməkdir. Xatırladaq ki, "Birbank" Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində davamlı olaraq ətraf mühitin qorunması ilə bağlı layihələrə dəstək olur.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank" 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank" ASC-nin adı altında müştərilərinə xidmət göstərib və "PAŞA Holdinq" MMC-yə daxildir. "Kapital Bank" isə maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
23:54 / 24 Avqust 2026
1
22:49 / 24 Avqust 2026
32
22:49 / 24 Avqust 2026
52
22:25 / 24 Avqust 2026
160
22:06 / 24 Avqust 2026
66
21:40 / 24 Avqust 2026
59
21:17 / 24 Avqust 2026
76
20:58 / 24 Avqust 2026
86
20:58 / 24 Avqust 2026
97
20:28 / 24 Avqust 2026
69
20:00 / 24 Avqust 2026
74
19:45 / 24 Avqust 2026
91
19:38 / 24 Avqust 2026
89
19:29 / 24 Avqust 2026
82
19:18 / 24 Avqust 2026
151
19:13 / 24 Avqust 2026
81
19:08 / 24 Avqust 2026
869
19:00 / 24 Avqust 2026
71
18:59 / 24 Avqust 2026
370
18:57 / 24 Avqust 2026
83
18:51 / 24 Avqust 2026
87
18:43 / 24 Avqust 2026
165
18:26 / 24 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.