Azərbaycanda problemli kreditlər rekord həddə çatdı
26 Avqust 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1018
14.01.2025, 17:00
Məhkəmə qərarı ilə müsadirə edilmiş “Landmark” Biznes Mərkəzinin həqiqi dəyərindən aşağı qiymətə hərraca çıxarılması barədə müxtəlif məlumatlar yayılır. Ən çox sual doğuran isə Elektron Hərrac Portalı vasitəsilə təşkil edilən bu hərracda əmlakın satış qiymətidir.
Oxu24.com qiymətin necə müəyyənləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən “Libra” MMC-dən 117,579,405 manat məbləğində borc tutularaq, iddiaçı “Aqrarkredit” QSC BOKT-a ödənilməsi nəzərdə tutulub: “Bakı Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsinə əsasən borcun ödənilməsi üçün tələb əmlak sahibi tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 90A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilib və həmin əmlakın açıq hərracda satılması qərara alınıb. Əmlakın ilkin satış qiyməti - 120,000,000 manat Bakı Kommersiya Məhkəməsinin həmin tarixli qətnaməsi ilə müəyyən edilib. Məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilib, ancaq yuxarı məhkəmə instansiyaları tərəfindən əmlakın qiyməti və satışı ilə bağlı hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılıb.
Göründüyü kimi, satılan əmlakın dəyəri və onun açıq hərracda satılması bilavasitə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilib.
27 noyabr 2024-cü il tarixdə icra vərəqəsi əsasında icra qurumunda icraata başlanılıb. “Elektron Hərrac Portalı”nda əmlakın satılması məqsədilə məhkəmə qərarı ilə müəyyən edilmiş əmlakın ilkin satış qiyməti ilə sifariş verilərək qanunvericiliyin tələblərinə riayət edilməklə hərrac keçirilir.
Qeyd edək ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın və səmərəliliyin artırılması, vətəndaşyönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi və məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə 2024-cü ilin dekabr ayından “Elektron Hərrac Portalı” istifadəyə verilib. Artıq icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesi yeni Portal vasitəsilə onlayn qaydada həyata keçirilir”.
09:00 / 27 Avqust 2026
1
08:58 / 27 Avqust 2026
6
23:46 / 26 Avqust 2026
109
23:16 / 26 Avqust 2026
120
22:53 / 26 Avqust 2026
110
22:53 / 26 Avqust 2026
116
22:26 / 26 Avqust 2026
115
21:53 / 26 Avqust 2026
119
21:07 / 26 Avqust 2026
118
20:47 / 26 Avqust 2026
134
20:21 / 26 Avqust 2026
142
20:00 / 26 Avqust 2026
86
19:29 / 26 Avqust 2026
76
19:16 / 26 Avqust 2026
92
18:58 / 26 Avqust 2026
99
18:47 / 26 Avqust 2026
103
18:19 / 26 Avqust 2026
90
18:04 / 26 Avqust 2026
110
17:56 / 26 Avqust 2026
111
17:43 / 26 Avqust 2026
118
17:40 / 26 Avqust 2026
98
17:20 / 26 Avqust 2026
109
16:59 / 26 Avqust 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.