ƏDV ilə bağlı YENİLİK
16 Dekabr 2025, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
877
07.01.2025, 11:19
"2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamına uyğun olaraq bu aydan bır sıra artımlar qüvvəyə minib".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketinin əsas elementlərindən biri də məhz maaş artımlarıdır:
"Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq bu aydan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu o deməkdir ki, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Yəni, minimum əmək haqqı alan vətəndaşlarımız yanvar ayı üçün maaşlarını 16 faiz artımla alacaqlar. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqları artacaq. Bu artımlar isə Nazirlər Kabineti tərəfindən qərar imzalandıqdan sonra ödəniləcək".
Həmçinin oxuyun
Deputat pensiya artımları ilə bağlı qeyd eidb ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır:
"Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək. Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır. Qeyd edək ki, 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq. Minimum pensiya məbləğisə gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar.
10:48 / 16 Dekabr 2025
33
10:35 / 16 Dekabr 2025
174
10:32 / 16 Dekabr 2025
26
10:30 / 16 Dekabr 2025
21
10:18 / 16 Dekabr 2025
42
10:15 / 16 Dekabr 2025
30
10:12 / 16 Dekabr 2025
32
10:05 / 16 Dekabr 2025
33
10:03 / 16 Dekabr 2025
30
10:01 / 16 Dekabr 2025
27
09:52 / 16 Dekabr 2025
40
09:29 / 16 Dekabr 2025
887
09:25 / 16 Dekabr 2025
43
08:23 / 16 Dekabr 2025
44
08:21 / 16 Dekabr 2025
56
08:19 / 16 Dekabr 2025
58
00:25 / 16 Dekabr 2025
667
00:14 / 16 Dekabr 2025
156
00:03 / 16 Dekabr 2025
110
23:55 / 15 Dekabr 2025
92
23:51 / 15 Dekabr 2025
1417
23:45 / 15 Dekabr 2025
86
23:28 / 15 Dekabr 2025
120
23:25 / 15 Dekabr 2025
76
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.