Azərbaycan neftinin qiyməti 113 dolları keçib
10 Sentyabr 2026, 09:17
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
265
17.07.2024, 14:14
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda "Hyundai" markalı minik avtomobillərinin satışı ilə məşğul olan "Auto Azərbaycan” MMC-yə qarşı iş qaldırıb.
Oxu24.com Dövlət Xidmətinə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində şirkətin müştərilərlə bağladığı müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər əlavə etdiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı və bununla da, haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib. İşə baxılması zamanı “Auto Azərbaycan” yol verdiyi haqsız rəqabət hallarını könüllü olaraq aradan qaldırıb və bunu Dövlət Xidməti nəzərə alıb.
Nəticədə avtomobillərin satışı zamanı bağlanmış zəmanət müqaviləsində, eləcə də zəmanət və servis kitabçalarında sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklər nəzərdə tutmaqla haqsız rəqabətə yol verməməsi haqqında icrası məcburi göstəriş verilib. Eyni zamanda “Auto Azərbaycan”ın istehlakçı müqavilələrində və zəmanət şərtlərində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aradan qaldırması nəzərə alınıb.
Rəqabət qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.
Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda, Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, "Auto Azerbaijan" MMC "Hyundai" Avtomobillərin Azərbaycandakı Rəsmi Distributorudur.
14:11 / 10 Sentyabr 2026
16
13:59 / 10 Sentyabr 2026
34
13:52 / 10 Sentyabr 2026
192
13:49 / 10 Sentyabr 2026
30
13:49 / 10 Sentyabr 2026
38
13:45 / 10 Sentyabr 2026
37
13:44 / 10 Sentyabr 2026
43
13:41 / 10 Sentyabr 2026
44
13:28 / 10 Sentyabr 2026
124
13:23 / 10 Sentyabr 2026
42
13:17 / 10 Sentyabr 2026
49
13:12 / 10 Sentyabr 2026
48
13:01 / 10 Sentyabr 2026
107
13:01 / 10 Sentyabr 2026
59
12:56 / 10 Sentyabr 2026
54
12:47 / 10 Sentyabr 2026
54
12:41 / 10 Sentyabr 2026
53
12:41 / 10 Sentyabr 2026
57
12:35 / 10 Sentyabr 2026
59
12:31 / 10 Sentyabr 2026
81
12:30 / 10 Sentyabr 2026
76
12:28 / 10 Sentyabr 2026
93
12:27 / 10 Sentyabr 2026
571
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.