Azərbaycan neftinin qiyməti 113 dolları keçib
10 Sentyabr 2026, 09:17
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
291
17.07.2024, 13:12
“2022-ci ilin noyabrından 2024-cü il iyulun 1-dək vətəndaşlar tərəfindən müvafiq portal üzrərindən ümumilikdə 16.329 müraciət daxil olub ki, həmin müraciətlərdən 8.563-ü üzrə 34,6 mln. manat vəsaitin ödənilməsi təmin edilib”.
Oxu24.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı yaydığı məlumatında bildirilib.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində portal üzrərindən 2.597 müraciət daxil olub:
“Həmin müraciətlərdən 1.802-si üzrə 9.2 mln. manat vəsait vətəndaşlara ödənilib, müvafiq qaydaların tələblərinə əsasən, 526 müraciət üzrə ödənişdən imtina olunub.
Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1.398 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, onlardan 917-si təsdiqlənib.
ƏDV-nin bir hissəsinin qaytarılması vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur. 2023-cü ilin sentyabrından başlayaraq vergi orqanı tərəfindən vəsait şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür. Bu isə həmin sahədə mövcud olan bəzi çətinlikləri aradan qaldırıb”.
Qeyd edilib ki, imtina hallarına səbəb olan bir sıra məqamlar mövcuddur:
“Bunlar son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında e-qaimənin məlumatlarının əks etdirilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsidir”.
14:11 / 10 Sentyabr 2026
16
13:59 / 10 Sentyabr 2026
34
13:52 / 10 Sentyabr 2026
192
13:49 / 10 Sentyabr 2026
30
13:49 / 10 Sentyabr 2026
38
13:45 / 10 Sentyabr 2026
37
13:44 / 10 Sentyabr 2026
43
13:41 / 10 Sentyabr 2026
44
13:28 / 10 Sentyabr 2026
124
13:23 / 10 Sentyabr 2026
42
13:17 / 10 Sentyabr 2026
49
13:12 / 10 Sentyabr 2026
48
13:01 / 10 Sentyabr 2026
107
13:01 / 10 Sentyabr 2026
59
12:56 / 10 Sentyabr 2026
54
12:47 / 10 Sentyabr 2026
54
12:41 / 10 Sentyabr 2026
53
12:41 / 10 Sentyabr 2026
57
12:35 / 10 Sentyabr 2026
59
12:31 / 10 Sentyabr 2026
81
12:30 / 10 Sentyabr 2026
76
12:28 / 10 Sentyabr 2026
93
12:27 / 10 Sentyabr 2026
571
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.