Sahil Babayev bu mövzunu müzakirə edib
24 Noyabr 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
299
25.06.2024, 14:40
İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinə dəyişiklik edilir.
Oxu24.com xəbər veirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair izahatda əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial islahatlar çərçivəsində əhalinin məşğulluğu ilə bağlı tədbirlərin gücləndirilməsi məqsədilə ölkədə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılması işsiz (işaxtaran) şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması və aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün çevik maliyyə mexanizmini formalaşdırıb.
İşsizlikdən sığorta fondunun 2023-cü il və cari ilin 4 ayı üzrə büdcə gəlirlərinin icra göstəricilərinin təhlilinə əsasən ilin sonuna işsizlikdən sığorta haqları üzrə mədaxillərin artımı gözlənilir. Beləliklə, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Qanun layihəsində işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur. Eyni zamanda gəlirlərin qeyri-büdcə sektoru üzrə olan hissəsinin 139 300 000,0 manat olacağı proqnozlaşdırılır.
Cari ilin xərc məbləğində dürüstləşmə nəzərdə tutulmadığından, 2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış hissəsi 57 953 200,0 manatdan 53 253 200,0 manata və ya 4 700 000,0 manat azaldılıb.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.