Sahil Babayev bu mövzunu müzakirə edib
24 Noyabr 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
384
07.05.2024, 15:26
Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
Moody’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab olunur.
Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi “Ba2” səviyyəsində, ödəmə qabiliyyətinin baza səviyyəsi reytinqini (BCA) “Ba3” səviyyəsində təsdiqləyərək dəyişilməz olaraq saxlayıb. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə “stabil” olaraq davam edir. Agentliyin hesabatında bildirilir ki, bu göstərici yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.
“Kapital Bank-ın BCA reytinqinin “Ba3” səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə “Ba2” səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2023-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 2% təşkil edib. Bankın 2023-cü ilin sonuna 13%-14% -lik TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır”, - deyə hesabatda qeyd olunur. Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını da gözləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
09:00 / 25 Noyabr 2026
34
00:31 / 25 Noyabr 2026
166
00:17 / 25 Noyabr 2026
164
23:55 / 24 Noyabr 2026
185
23:48 / 24 Noyabr 2026
174
23:34 / 24 Noyabr 2026
178
23:33 / 24 Noyabr 2026
234
23:28 / 24 Noyabr 2026
173
23:22 / 24 Noyabr 2026
168
23:15 / 24 Noyabr 2026
170
23:03 / 24 Noyabr 2026
303
23:00 / 24 Noyabr 2026
342
22:54 / 24 Noyabr 2026
1534
22:44 / 24 Noyabr 2026
168
22:22 / 24 Noyabr 2026
1470
22:16 / 24 Noyabr 2026
209
22:09 / 24 Noyabr 2026
172
22:07 / 24 Noyabr 2026
176
21:54 / 24 Noyabr 2026
313
21:36 / 24 Noyabr 2026
178
21:32 / 24 Noyabr 2026
335
21:26 / 24 Noyabr 2026
169
21:20 / 24 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.