Qaynar xətt:

(+99450) 247 90 86

Krediti olanların DİQQƏTİNƏ! - Saat 9-da Bizi izləyin!

Krediti olanların DİQQƏTİNƏ! -  Saat  9-da Bizi izləyin!

İQTİSADİYYAT

976

01.03.2019, 15:37

\"\"  Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev \"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmanla 800 min insanın problemli kreditinə güzəşt olunub.
Dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb. Qeyd olunan fərman imzalandıqdan sonra bir çox vətəndaşlarda suallar yaranıb. Bu fərman kimlərə şamil ediləcək,hansı qaydada həyata keçiriləcək,manatla götürülən kreditlərə hansı güzəştlər olacaq və s. kimi suallar vətəndaşlar tərəfindən irəli sürülüb. Oxu24.com  məsələnin aktuallığını nəzərə alaraq Milli Hüquq Evinin rəhbəri,  hüquqşünas  Nicat  Gözəlovun  təşəbbüsü ilə bu axşam saat 21:00 -da canlı yayımı təşkil edəcək. Canlı yayımda vətəndaşlar kreditlə bağlı sualları hüquqşünasa ünvanlaya və cavab tapa bilər. Canlı  yayım  bu  axşam saat 21:00 -da bu linkdən və  Oxu24.com  saytında yayımlanacaq. Suallarınızı  canlı  yayımdan  əvvəl və canlı yayım müddətində ünvanlaya bilərsiniz. {banner_reklam}