Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10444
az

Dollar kreditinə ediləcək güzəşti necə hesablamalı?

11:2801 Mart, 2019
887
İQTİSADİYYAT
  • A

 

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmanla 800 min insanın problemli kreditinə güzəşt olunub.

Dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb.

Kredit borcuna ediləcək güzəşti daha asan hesablamaq üçün tərtib olunan qrafik məlumatları təqdim edirik:

Kredit müqaviləsi 2015-ci il fevralın 21-nə kimi xarici valyutada bağlanıbsa, 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) qiymətləndirmə olacaq.

Yəni 1 dollar borcunuz varsa, onun 0,15 dollarına dövlət dəstək verəcək.



Kredit müqaviləniz 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanıbsa 1 ABŞ dollarlıq borcunuzun 0,6 manatına (0,35 ABŞ dolları) dövlət dəstəyi olacaq.


2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur.(oxu.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəldi

Bu şirkət Azərbaycan bazarını tərk edir