Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10428
az

Faizlər silinir, məhkəmə işləri ləğv olunur - İqtisadçı şərh edir

18:5228 Fevral, 2019
1103
İQTİSADİYYAT
  • A
Azərbaycan Prezidenti tərəfindən problemli kreditlərinin həlli ilə bağlı fərman imzalandı. Fərmanda nələr nəzərdə tutulur və kimlər güzəştdən istifadə edə biləcək?

Oxu24.com bildirir ki, mövzu ilə açıqlamasında iqtisadçı Vüqar Bayramov devalvasiya nəticəsində yaranan fərqə güzəştin verilməsi formulunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təklif etdiyini xatırladıb.

"Əvvəlla, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaqlar. Bu zaman birinci devalvasiyayadək olan dövr və birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək. 2012-ci il yanvarın 1-dən 2015-ci il dekabrın 21-dək, yəni birinci devalvasiyayadək olan dövr üçün hər 1 dollara 25 qəpik güzəşt hesablanacaq. Bu o deməkdir ki, birinci devalvasiyayadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə, devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi. Fərmanla birinci devalvasiyayadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzət əldə edir. Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır", - ekspert bildirib.

V.bayramovun sözlərinə görə, birinci devalvasiya və ikinci devalvasiya arası götürülən kreditlər üçün isə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu 10 min dollara 6 min manat güzəşt deməkdir:

"Fərmanla fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyyə olunur. Bu faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması anlamına gəlir.

Sənədə əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlər veriləcək. Bu o deməkdir ki, vətəndaşlar banklardan illik 1 faizlə manatla kredit götürməklə digər öhdliklərini ödəyə biləcəklər.

Hər bir vətəndaşa ödəniləcək güzəştin maksimum məbləği 5 min dollar olacaq. Bu isə o deməkdir ki, 10 min dollar kredit götürən şəxs onun yarısı qədər maksimum məbləğ olmaqla güzəşt əldə edə biləcək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ