Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan cüdo üzrə dünya çempionatında ilk medalını qazandı

Azərbaycan cüdo üzrə dünya çempionatında ilk medalını qazandı

İDMAN

3075

06.06.2021, 23:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Nüfuzlu yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz iranlı Məhəmməd Raşnoejad, Moldova təmsilçisi Nikolay Foka, Yaponiya idmançısı Ryucu Naqayamadan üstün olaraq 1/4 finala yüksəlib.

Fransa təmsilçisi Valid Kyara məğlub olan Kəramət təsəlliverici görüşdə Monqolustan təmsilçisi Unubold Lxaqvacamtsa qalib gələrək bürünc medal uğrunda mübarizə aparıb.

Qazaxıstan cüdoçusu Şəmşəddin Maqcanı məğlub edən Kəramət Hüseynov dünya çempionatını üçüncü pillədə başa vurub və komandamıza ilk medalı qazandırıb.

Bu gün tatamiyə çıxan diğər üç cüdoçumuz – Davud Məmmədsoy (-60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi -48 kq) ilk mərhələdə uduzub.

Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.