Dünya bazarlarında neft ucuzlaşıb
26 Oktyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
709
05.05.2020, 15:40
Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Ümid” yatağındakı “Ümid-1” platformasında olmuş, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirmiş və yeni quyunun qazılmasına start verilib.
SOCAR-dan Oxu24.com-a verilən məlumata görə, şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilmiş, qeyd edilmişdir ki, “Ümid” yatağından hasilatın tezləşdirilməsi üçün Ümid -1 platformasından əlavə 2 quyu qazılacaq.
Məlumata əsasən, yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 mln. kubmetrdən 6,6 mln. kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq, istifadəyə verilib.
SOCAR prezidentinin iştirakı ilə “Ümid-1” platformasında yeni hasilat quyusunun qazılmasına start verilmişdir. Quyunun layihə dərinliyi 6 270 metr, hasilatı isə gündəlik 1,5-2 mln. kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3,5 mln. kubmetrdən 4,5-5 mln. kubmetrədək artırılması gözlənilir. Yeni quyunun layihələndirilmə işləri SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən aparılıb, Böyük Britaniyanın məşhur “Norwell” mühəndislik şirkəti ilə razılaşdırılıb. Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılıb. İlk dəfə olaraq burada bütün qazma prosesi “Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcək.
17:45 / 26 Oktyabr 2026
1
17:01 / 26 Oktyabr 2026
69
17:00 / 26 Oktyabr 2026
166
16:58 / 26 Oktyabr 2026
54
16:46 / 26 Oktyabr 2026
60
16:42 / 26 Oktyabr 2026
61
16:30 / 26 Oktyabr 2026
86
16:17 / 26 Oktyabr 2026
85
16:08 / 26 Oktyabr 2026
178
15:57 / 26 Oktyabr 2026
77
15:50 / 26 Oktyabr 2026
240
15:48 / 26 Oktyabr 2026
111
15:44 / 26 Oktyabr 2026
167
15:41 / 26 Oktyabr 2026
89
15:37 / 26 Oktyabr 2026
68
15:34 / 26 Oktyabr 2026
96
15:28 / 26 Oktyabr 2026
75
15:19 / 26 Oktyabr 2026
177
15:10 / 26 Oktyabr 2026
109
15:07 / 26 Oktyabr 2026
188
15:03 / 26 Oktyabr 2026
1091
14:59 / 26 Oktyabr 2026
76
14:30 / 26 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.