Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtobusla qadını öldürən keçmiş məhkuma cinayət işi açılıb

Bakıda avtobusla qadını öldürən keçmiş məhkuma cinayət işi açılıb

KRİMİNAL

591

04.05.2020, 09:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda “İkarus” markalı avtobusla qadının vurulması faktına dair cinayət işi başlanıb.

APA-nın məlumatına görə, mayın 1-də Xəzər rayonu, Şağan qəsəbəsində əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü İ. Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla 1973-cü il təvəllüdlü Səbirə Bağırovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma zamanı İ. Quliyevin “İkarus”u idarə etmək üçün nə etibarnaməsinin, nə də sürücülük vəsiqəsinin olduğu məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.