Nəsimi Musayevdən XƏBƏR VAR
26 Oktyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1213
21.04.2020, 22:21
Karantin rejimi ilə əlaqədar ölkənin müxtəlif yerlərində yoxlama məntəqələri qurulub.
Bu məntəqələrdə həm insanların icazəsiz evdən çıxmaları, həm də sürücülərin lüzumsuz yerə avtomobil idarə etmələrinə nəzarət edilir. Aparılan yoxlamalar zamanı yol hərəkəti qaydalarını pozan və müvafiq sənədləri olmayan sürücülər də müəyyən edilərək cərimələnir. Ancaq karantin dövründə sürücülərə yazılan cərimələrin daha sonra silinəcəyi barədə məlumatlar dolaşır.
Məlumatın nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq. Şöbə rəisi bu barədə lent.az-a bu fikirlərin tamamilə absurd olduğunu bildirib.
“Bu barədə söhbət belə gedə bilməz. Niyə də elə olmalıdır? Kimsə qanun pozacaq və onun cəzası ləğv olunacaq? Hansı qanunla tənzimlənir bu? Boş söhbətlərdir”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov da daha əvvəl belə bir təcrübənin olmadığını vurğulayıb.
“Düzü, belə bir məlumat eşitməmişəm. Heç inanmaram da bu cür qərar verilsin. Təcrübədə də buna uyğun qərara rast gəlməmişəm. Hər halda, hər şey qanun çərçivəsində həll olunacaq”
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.