UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
13 Dekabr 2025, 08:37
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
853
06.07.2025, 19:19
Azərbaycanlı şahmatçı Almaniyada beynəlxalq turnirin qalibi oldu - Kiçik yaşda böyük zəfər Almaniyanın Anton Finger Təhsil Mərkəzində “DWZ-Elfmeter” şahmat yarışı keçirilib.
Oxu24.com xəbər verir ki, yarışda 8,10,12 və 18 yaş qrupunda olan uşaqlar mübarizə aparıb.
Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən – Hindistan, Çin, Polşa, İsveçrə, Almaniya və digər dövlətlərdən gəlmiş gənc şahmatçılar qatılıb. Gərgin və rəqabətli keçən yarışda Azərbaycanı təmsil edən Tamerlan Aslanlı yarışa inamlı start verib və ardıcıl qələbələri ilə rəqiblərinə üstünlük göstərərək 8 yaş kateqoriyasında 14 xal toplayaraq (məğlubiyyətsiz) birincilik medalı və diplomu ilə təltif olunub.“Qafqazinfo”
Həmçinin oxuyun
Onun oyunu şahmat mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilib. Gündəlik məşqlər, strategiya üzərində davamlı işləmə və turnirlərə ciddi yanaşma onun inkişafında böyük rol oynayıb. Ən çox sevdiyi fiqur isə atdır – çevik və gözlənilməz hərəkətləri ilə Tamerlanın oyun üslubunu da əks etdirir. O, bu fiquru “taxtadakı sürpriz qəhrəman” adlandırır.
Bu qələbə Tamerlan üçün sadəcə başlanğıcdır. Kiçik yaşına baxmayaraq, qısa müddətdə beynəlxalq səviyyədə uğur qazanaraq həm yaşıdlarına, həm də valideynlərə ilham verib. Onun hədəfi daha böyük beynəlxalq arenalarda Azərbaycanı təmsil etmək və gələcəyin şahmat ulduzlarından birinə çevrilməkdir. Bu qələbə onun gələcək karyerasında daha yüksək yerlər uğrunda mübarizə aparmasının siqnalıdır.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.