Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

İDMAN

226

07.05.2024, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Oxu24.com xəbər verir ki, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü italiyalı Daniele Orsato idarə edəcək.

Dortmunddakı ilk matçda meydan sahibləri qələbə qazanıb - 1:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" kollektivini sınağa çəcək. Münhendəki qarşılaşmada heç-heçə (2:2) qeydə alınıb.