Qaynar xətt:

(+99450) 247 90 86

“Sabah” 5 turdan sonra ÇL-də neçəncidir? 

“Sabah” 5 turdan sonra ÇL-də neçəncidir? 

İDMAN

93

26.11.2026, 09:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci tur başa çatıb.

Oxu24.com  xəbər verir ki, 2-ci gündə də 9 oyun keçirilib.

Azərbaycan çempionu “Sabah” Bakıda İspaniya nəhəngi “Barselona”ya 1:4 hesabı ilə uduzub. 

Turun bütün matçlarından sonra Valdas Dambrauskasın komandası hazırda turnir cədvəlində 3 xalla xalla 33-cüdür. 

Qeyd edək ki, "Sabah" daha əvvəl "Mançester Yunayted"ə, Dortmund "Borussiya"sına və "Vikinq"ə uduzub (0:4), “Slaviya”nı məğlub edib (2:0).

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.