Qaynar xətt:

(+99450) 247 90 86

“Zirə” və “Səbail” yubiley qələbələrini qazandı

“Zirə” və “Səbail” yubiley qələbələrini qazandı

İDMAN

274

22.04.2024, 14:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü qələbəsini qazanıb.

 

Oxu24.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXI turunda baş verib. Rəşad Sadıqovun başçılıq etdiyi komanda Bakı derbisində “Neftçi”yə qalib gəlib – 3:1.

 

Premyer Liqada 2015-ci ildə debüt edən qəsəbə klubu 100-cü qələbəsini 263-cü görüşündə əldə edib. Zirəlilər 59 dəfə evdə, 41 dəfə səfərdə üç xala seviniblər.

 

“Zirə” ölkə çempionatları tarixinə 100 və daha çox qələbə qazanan 13-cü komanda kimi düşüb. Paytaxt klubunun ilk zəfəri 2015-ci il avqustun 9-da AZAL-la ev matçına təsadüf edib – 1:0.

 

Azərbaycan Premyer Liqasının XXXI turunda “Araz-Naxçıvan”ın qonağı olan “Səbail” də yubiley qələbəsini qazanıb. Bakı klubu Azərbaycan çempionatlarının yüksək dəstəsində 50-ci dəfə üç xala sevinib. Şahin Diniyevin yetirmələri səfərdə iki cavabsız qolla qalib gəliblər.

 

“Səbail” 50 qələbədən 29-nu evdə, 21-ni səfərdə qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 25-ci komandadır.

 

Qeyd edək ki, “Səbail” ilk qalibiyyətini 2017-2018-ci illər mövsümündə əldə edib. 2017-ci il avqustun 19-da “Neftçi”ni qəbul edən debütant 1:0 hesabı ilə qələbə qazanıb.