Alimentlə bağlı çoxlarının bilmədiyi FAKT
11 Noyabr 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1688
08.06.2021, 14:25
"Eulcekcian Viken Abraham qardaşımın dostu idi. Onunla ərimdən boşanandan sonra münasibət qurduq. Bir neçə dəfə Ermənistana gəlib, qayıtmışıq. Sonuncu dəfə 2020-ci ilin əvvəlində gəldik. Pandemiya səbəbindən uşaqlarımı Livana göndərdim. Daha bir müddət sonra isə özüm qayıtdım. Müharibə başlamazdan bir müddət əvvəl Eulcekcian Viken Abrahamın yanına qayıtdım".
“Report”un xəbərinə görə, bu sözləri Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclasında şahid qismində tanınan, hazırda Livanda olan Maral Nazaryan deyib.
Maral Nazaryanın istintaq zamanı qeyd edib ki, sentyabrda müharibə başlayan zaman Eulcekcian Viken Abraham Livandan tanıdığı bəzi şəxslərlə əlaqəyə girib:
"Biz birlikdə Şuşaya gəldik. Həmin vaxt o, Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif elədi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Bundan əlavə maaş da verəcəklər. Viken onunla razılaşdı. Mən ona etiraz etdim ki, sən Ermənistan vətəndaşı deyilsən və bu gələcəkdə bizə problem yaradacaq. Lakin o, məni saymadı və döyüşlərə getdi. Mənlə telefonla danışanda deyirdi ki, Xocavənd istiqamətindədir, müasir silahlarla, geyimlə təmin ediblər. 3-4 gündən sonra qayıtdı və bildirdi ki, azərbaycanlılar çox güclüdür, xaricdən gələn muzdluların hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik. Noyabrın 10-da eşitdik ki, müharibə qurtarıb. Biz Şuşadakı oteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi əsir götürdü. Vikenin telefonunda döyüşdüyü şəkilləri görüb onu saxladılar".
Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 20 il azadlıqdan məhrum edilməsini cəzası istəyib. Məhkəmənin növbəti prosesi iyunun 11-nə təyin edilib.
03:10 / 12 Noyabr 2026
18
01:25 / 12 Noyabr 2026
97
00:55 / 12 Noyabr 2026
107
00:43 / 12 Noyabr 2026
105
00:35 / 12 Noyabr 2026
229
00:33 / 12 Noyabr 2026
105
00:27 / 12 Noyabr 2026
114
00:24 / 12 Noyabr 2026
126
00:19 / 12 Noyabr 2026
138
00:17 / 12 Noyabr 2026
188
00:11 / 12 Noyabr 2026
133
23:54 / 11 Noyabr 2026
115
23:52 / 11 Noyabr 2026
119
23:50 / 11 Noyabr 2026
142
23:45 / 11 Noyabr 2026
1061
23:28 / 11 Noyabr 2026
112
23:24 / 11 Noyabr 2026
121
23:18 / 11 Noyabr 2026
134
23:09 / 11 Noyabr 2026
131
23:03 / 11 Noyabr 2026
118
23:01 / 11 Noyabr 2026
142
22:55 / 11 Noyabr 2026
117
22:38 / 11 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.