Ali Məhkəmə bu məsələni MÜZAKİRƏ EDİB
31 Oktyabr 2026, 13:00
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
325
21.09.2026, 11:51
Şəxsi məlumatlarınızı verdinizsə, bu təhlükə ilə üzləşə bilərsiniz – Vəkil AÇIQLADI
Son dövrlər ölkəmizdə rəqəmsal xidmətlərin genişlənməsi fonunda maliyyə sektorunda, xüsusilə də kredit münasibətlərində dələduzluq halları artıb. Bununla əlaqədar olaraq Ali Məhkəmə vətəndaşlara ciddi xəbərdarlıq edərək diqqətli olmağa çağırıb. Vətəndaşlara tövsiyə olunur ki, hər hansı kredit müqaviləsi bağlayarkən şərtləri diqqətlə oxusunlar və ödəniş məbləği ilə faiz dərəcələrini dəqiqləşdirsinlər. Xüsusilə tanınmayan şəxslərin təqdim etdiyi şübhəli onlayn elanlar və təkliflər zamanı şəxsi məlumatları və bank detallarını heç bir halda paylaşmaq olmaz. Təəssüf ki, bəzi hallarda vətəndaşlar xəbərləri olmadan onlayn şəkildə adlarına kredit götürülməsi halları ilə qarşılaşırlar. Belə halların qarşısının alınması üçün qanunvericilikdə və bank sektorunda əlavə tənzimləmələrə ehtiyac duyulur.
Məsələ ilə bağlı Oxu24.com-a danışan vəkil Emil Aslanov mövcud riskləri və həll yollarını şərh edib.
Emil Aslanov bildirib ki, Ali Məhkəmənin bu məsələyə diqqət çəkməsi çox vacib addımdır və vətəndaşlar öz məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməməlidirlər.
Vəkil qeyd edib ki, kredit dələduzluğu halları adətən onlayn şəkildə rəsmiləşdirilir və vətəndaşlar müqavilədəki bu imkanın fərqinə varmadan sənədi imzalayırlar.
"Dələduzlar vətəndaşın adından hansısa üsulla onun etibarını qazanaraq şəxsi məlumatlarını əldə edirlər, daha sonra isə onlayn kredit götürürlər. Vətəndaş müqaviləni oxumadan və ya gələn kodu təsdiqləməklə bu prosesin qurbanına çevrilir”.
Qanunvericilikdə və bank sistemində hansı dəyişikliklərə ehtiyac var?
Vəkil hesab edir ki, mövcud hüquqi mexanizmlərin daha effektiv işləməsi üçün banklar tərəfindən əlavə tənzimləmələr tətbiq edilməlidir:
•Əlavə zəng mexanizmi: Əgər onlayn kredit verilirsə, bank həmin şəxsin mobil telefonuna əlavə olaraq zəng etməli və onun doğrudan da kredit götürüb-götürməməsini dəqiqləşdirməlidir.
•İradənin yoxlanılması: Müqavilə bağlayan şəxsin həqiqətən də bu krediti istəyib-istəmədiyi, faiz dərəcələri və şərtlər fərdi qaydada yenidən yoxlanılmalıdır.
•Dələduzluq risklərinin minimuma endirilməsi: Banklar tərəfindən onlayn kreditlərin verilməsi zamanı təhlükəsizlik tədbirləri daha sərtlaşdırılmalı və vətəndaşların razılığı dəqiq şəkildə təsdiqlənməlidir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, rəqəmsal mühitdə təhlükəsizliyin qorunması üçün vətəndaşlar öz şəxsi və bank məlumatlarını heç bir halda başqaları ilə paylaşmamalıdırlar. Onlayn kredit imkanlarının olub-olmadığını yoxlamadan və müqavilə şərtləri ilə tanış olmadan sənədlərin imzalanması ciddi risklər yaradır. Bu səbəbdən banklar tərəfindən onlayn kreditlərin verilməsi zamanı həmin şəxsin mobil telefonuna əlavə zəng olunmalı və onun birbaşa iradəsi dəqiq müəyyənləşdirilməlidir. Dələduzluq hallarının tam qarşısının alınması məqsədilə qanunvericilik və bank mexanizmlərində əlavə tənzimləmələrin həyata keçirilməsinə böyük ehtiyac vardır.
Çimnaz Telmanqızı
19:37 / 31 Oktyabr 2026
17
19:29 / 31 Oktyabr 2026
87
19:28 / 31 Oktyabr 2026
38
19:26 / 31 Oktyabr 2026
42
19:20 / 31 Oktyabr 2026
34
19:20 / 31 Oktyabr 2026
138
19:18 / 31 Oktyabr 2026
131
19:14 / 31 Oktyabr 2026
151
19:12 / 31 Oktyabr 2026
51
19:07 / 31 Oktyabr 2026
43
18:54 / 31 Oktyabr 2026
59
18:25 / 31 Oktyabr 2026
909
17:00 / 31 Oktyabr 2026
227
16:58 / 31 Oktyabr 2026
1208
16:52 / 31 Oktyabr 2026
100
16:50 / 31 Oktyabr 2026
110
16:45 / 31 Oktyabr 2026
335
16:22 / 31 Oktyabr 2026
820
16:06 / 31 Oktyabr 2026
662
16:02 / 31 Oktyabr 2026
473
15:52 / 31 Oktyabr 2026
143
15:40 / 31 Oktyabr 2026
103
15:38 / 31 Oktyabr 2026
231
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.