Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
298
12.08.2026, 18:27
Cəmiyyətdə tez-tez rast gəlinən hüquqi məsələlərdən biri də uzun müddət xəbər alınmayan və ya təhlükəli şəraitdə itkin düşən şəxslərin hüquqi statusunun müəyyən edilməsidir. Şəxsin öldüyünün məhkəmə qaydasında tanınması həm mülkiyyət, həm də varislik hüquqlarının tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Xəyalə Cəfərova hüquqi prosedurun incəliklərini şərh edib.
Vəkil bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən, şəxsin ölmüş elan edilməsi üçün konkret müddətlər və şərtlər müəyyən olunub:
"Əgər şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və yaxud hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə, həmin şəxs məhkəmə qaydasında ölmüş elan edilə bilər”.
Onun sözlərinə görə, ümumi qaydaya əsasən, şəxsin son yaşayış yerində onun harda olması barədə ən azı 5 il müddətində heç bir məlumatın olmaması tələb olunur. Əgər şəxs ölüm təhlükəsi yaradan şəraitdə (məsələn, təbii fəlakət, qəza və ya digər bədbəxt hadisə) itkin düşübsə və onun həlak olması ehtimalı yüksəkdirsə, bu müddət 6 aya qədər azaldıla bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçular və ya digər vətəndaşlar hərbi əməliyyatların bitdiyi gündən ən azı 2 il keçdikdən sonra məhkəmə tərəfindən ölmüş elan edilə bilər.
Xəyalə Cəfərova qeyd edib ki, şəxsin ölmüş elan edilməsi yalnız maraqlı şəxslərin (yaxın qohumlar, varislər və s.) ərizəsi əsasında məhkəmə qaydasında (xüsusi icraat sırasından) həyata keçirilir:
“Məhkəmənin şəxsin ölmüş elan edilməsi haqqında qərarı qanuni qüvvəyə mindikdən sonra həminki şəxsin öldüyü gün müəyyən edilir və bu qərar Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanında ölümün qeydə alınması üçün əsas göstərilir. Bununla da nikaha xitam verilir, varislik (itkin düşənin əmlakının paylanması) prosesi açılır”.
Vəkil əlavə edib ki, əgər ölmüş elan edilmiş şəxs sonradan qayıdarsa və ya onun sağ olması müəyyən edilərsə, məhkəmə tərəfindən həmin qərar ləğv edilir və onun saxlanılmış müəyyən əmlak hüquqları bərpa olunur.
Çimnaz Telmanqızı
00:40 / 12 Oktyabr 2026
4
00:40 / 12 Oktyabr 2026
8
00:38 / 12 Oktyabr 2026
24
00:36 / 12 Oktyabr 2026
21
00:35 / 12 Oktyabr 2026
25
00:17 / 12 Oktyabr 2026
130
23:55 / 11 Oktyabr 2026
61
23:50 / 11 Oktyabr 2026
311
23:43 / 11 Oktyabr 2026
71
23:37 / 11 Oktyabr 2026
69
23:30 / 11 Oktyabr 2026
437
23:21 / 11 Oktyabr 2026
117
23:09 / 11 Oktyabr 2026
354
23:02 / 11 Oktyabr 2026
109
22:49 / 11 Oktyabr 2026
257
22:46 / 11 Oktyabr 2026
109
22:28 / 11 Oktyabr 2026
1357
22:25 / 11 Oktyabr 2026
152
22:22 / 11 Oktyabr 2026
368
22:19 / 11 Oktyabr 2026
123
21:59 / 11 Oktyabr 2026
183
21:51 / 11 Oktyabr 2026
1007
21:42 / 11 Oktyabr 2026
200
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.