Ata vəfat edib, aliment ödəməyib – Uşaqların hüquqları nədir?
04 Avqust 2026, 14:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
67
04.08.2026, 13:45
Nikahın pozulmasından sonra tərəflər arasında ən çox mübahisə yaradan məsələlərdən biri də aliment ödənişləridir. Çox vaxt məhkəmə tərəfindən təyin olunan aliment məbləği ödəyici şəxsin real gəlirləri ilə üst-üstə düşmür. Xüsusilə məvacibi azalan və ya maddi vəziyyəti pisləşən vətəndaşlar üçün bu öhdəliyi yerinə yetirmək ciddi çətinlik yaradır. Nəticədə ödəniş imkanı ilə təyin olunmuş məbləğ arasında ciddi uyğunsuzluqlar ortaya çıxır. Bəs belə vəziyyətdə məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini azaltmaq mümkündürmü? Mövzu ilə bağlı ortaya çıxan suallara aydınlıq gətirmək üçün hüquqi mütəxəssisin fikirlərini öyrəndik.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Aynur Musayeva bildirib ki, hazırda vətəndaşlar tərəfindən daxil olan müraciətlər arasında aliment məbləğinin azaldılması mövzusu üstünlük təşkil edir:
"Məsələn, vətəndaşın aldığı əməkhaqqı 500 manatdır, lakin iki uşağa görə ona təyin edilmiş aliment məbləği 520 manat təşkil edir. Təbii ki, vətəndaşın aldığı məvaciblə təyin olunmuş aliment arasında ciddi uyğunsuzluq yaranır. Bu cür hallar yarandıqda vətəndaşlar alimentin azaldılması üçün məhkəməyə müraciət edə bilərlər”.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, aliment ödəyən valideynin maddi və ya ailə vəziyyəti dəyişdikdə, məhkəmə təyin olunmuş məbləğin azaldılması barədə iddia qaldırmaq hüququnu tanıyır. Bunun üçün vətəndaşlar öz gəlirlərindəki və ya maddi vəziyyətlərindəki dəyişikliyi təsdiq edən rəsmi sənədləri toplayaraq aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərlər. Məhkəmə işin hallarını və tərəflərin maraqlarını nəzərə alaraq məbləğin azaldılması ilə bağlı müvafiq qərar qəbul edə bilər.
15:00 / 04 Avqust 2026
1
14:58 / 04 Avqust 2026
1
14:45 / 04 Avqust 2026
25
14:39 / 04 Avqust 2026
32
14:30 / 04 Avqust 2026
45
14:19 / 04 Avqust 2026
38
14:10 / 04 Avqust 2026
36
13:59 / 04 Avqust 2026
62
13:59 / 04 Avqust 2026
57
13:41 / 04 Avqust 2026
423
13:40 / 04 Avqust 2026
60
13:30 / 04 Avqust 2026
67
13:10 / 04 Avqust 2026
72
13:02 / 04 Avqust 2026
68
13:00 / 04 Avqust 2026
84
12:59 / 04 Avqust 2026
79
12:58 / 04 Avqust 2026
65
12:47 / 04 Avqust 2026
99
12:45 / 04 Avqust 2026
70
12:40 / 04 Avqust 2026
74
12:24 / 04 Avqust 2026
87
12:08 / 04 Avqust 2026
113
11:58 / 04 Avqust 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.