Deputat oğlunun işi üzrə YENİ DETAL
25 Oktyabr 2026, 20:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
265
04.08.2026, 13:59
Restoran və kafelərdə müştərilərdən tələb olunan "servis haqqı" mövzusu son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Çox vaxt vətəndaşlar hesaba əlavə olunan bu məbləğin hüquqi əsasının olub-olmadığını bilmir və ödənişi etməyə məcbur qalırlar. Xüsusilə menyuda əvvəlcədən göstərilmədən sonradan hesaba daxil edilən faizlər istehlakçıların haqlı narazılığına səbəb olur. Bu cür hallar istehlakçı hüquqlarının pozulması riskini yaradır və vətəndaşların maariflənməsini zəruri edir. Hüquqşünaslar bildirirlər ki, qanunvericilikdə müştərilərin hüquqlarını qoruyan konkret normativlər və mexanizmlər mövcuddur.
Oxu24.com xəbər verir ki, əgər restoran menyusunda servis haqqı barədə əvvəlcədən heç bir qeyd və ya xəbərdarlıq olunmayıbsa və bu məbləğ sonradan hesaba elavə olunubsa, müştəri həmin servis haqqını ödəməkdən imtina etmək hüququna malikdir.
Göstərilən xidmətlər üzrə menyuların olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə cavabdeh şəxslər üçün 800 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Müraciət qaydası: Bu cür özbaşınalıq və hüquq pozuntusu ilə qarşılaşan vətəndaşlar pozulmuş istehlakçı hüquqlarının bərpası üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.
20:15 / 25 Oktyabr 2026
69
19:30 / 25 Oktyabr 2026
705
19:02 / 25 Oktyabr 2026
166
16:35 / 25 Oktyabr 2026
79
16:05 / 25 Oktyabr 2026
106
15:37 / 25 Oktyabr 2026
490
15:34 / 25 Oktyabr 2026
86
15:19 / 25 Oktyabr 2026
105
15:08 / 25 Oktyabr 2026
115
15:05 / 25 Oktyabr 2026
109
14:36 / 25 Oktyabr 2026
102
14:15 / 25 Oktyabr 2026
717
14:00 / 25 Oktyabr 2026
267
13:50 / 25 Oktyabr 2026
391
13:50 / 25 Oktyabr 2026
85
13:35 / 25 Oktyabr 2026
190
13:18 / 25 Oktyabr 2026
1507
13:05 / 25 Oktyabr 2026
92
12:44 / 25 Oktyabr 2026
753
11:19 / 25 Oktyabr 2026
103
10:45 / 25 Oktyabr 2026
145
10:34 / 25 Oktyabr 2026
1043
07:01 / 25 Oktyabr 2026
308
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.