Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
391
04.08.2026, 12:59
Günümüzdə bir çox insanlar qol nahiyəsində yaranan ağrılardan şikayətlənir və bu halı dərhal ürək problemi ilə əlaqələndirirlər. Xüsusilə sol qolda hiss edilən diskomfort pasiyentlər arasında böyük təşviş və narahatlığa səbəb olur. Lakin mütəxəssislərin fikrincə, sol qoldakı hər ağrı birbaşa ürək xəstəliyinin göstəricisi sayılmır. Çox vaxt təkbaşına və uzunmüddətli sol qol ağrıları onurğa, sinir sistemindəki sıxılmalar və ya artrozlarla bağlı ortaya çıxır. Bununla belə, fiziki hərəkət zamanı yaranan və təngidənfəsliklə müşayiət olunan ağrıları diqqətdən kənarda saxlamaq həyati təhlükə yarada bilər.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən həkim kardioloq Fatma Qasımova bildiri ki, pasiyentlərin ən çox müraciət etdiyi suallardan biri məhz sol qol ağrısı ilə bağlıdır:
"Pasiyentlər tez-tez 'doktor, qolum ağrıyır, ürəyimdən şübhələnirəm' deyərək müraciət edirlər. Lakin sol qolda təkbaşına və uzunmüddət davam edən ağrının ürək xəstəliyi ilə birbaşa aidiyyatı yoxdur. Bu, daha çox onurğa, sinir problemləri və artrozlarla əlaqədardır”.
Həkimin sözlərinə görə, bəzi hallarda isə ağrı təkcə sol qolda deyil, hər iki qolda fiziki hərəkət vaxtı meydana gəlir və tez yorulma hissiyyatı ilə müşayiət olunur.
O xəbərdarlıq edib ki, əgər belə bir hal varsa, bu artıq ürək şikayəti ola bilər. Bu cür simptomlar müşahidə edildikdə mütləq müayinələrdən geçmək, EKG, EXO və qan analizləri verməklə ürək riskinin olub-olmadığını aydınlaşdırmaq lazımdır.
23:16 / 24 Oktyabr 2026
64
22:52 / 24 Oktyabr 2026
59
22:34 / 24 Oktyabr 2026
72
22:14 / 24 Oktyabr 2026
69
22:05 / 24 Oktyabr 2026
228
21:42 / 24 Oktyabr 2026
1162
21:28 / 24 Oktyabr 2026
79
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
80
20:52 / 24 Oktyabr 2026
81
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
768
20:12 / 24 Oktyabr 2026
88
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
91
19:09 / 24 Oktyabr 2026
119
18:55 / 24 Oktyabr 2026
88
18:40 / 24 Oktyabr 2026
100
18:27 / 24 Oktyabr 2026
98
18:20 / 24 Oktyabr 2026
351
18:13 / 24 Oktyabr 2026
452
18:07 / 24 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.