Uşaq anaya getmək istəmirsə, qərar necə icra olunur? Vəkil AÇIQLADI
10 İyul 2026, 12:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
65
10.07.2026, 13:53
Valideynlərin ən çox maraqlandıqları hüquqi məsələlərdən biri də ölümündən sonra əmlakın övladları arasında necə bölüşdürüləcəyi ilə bağlıdır. Xüsusilə də bir çox vətəndaş övladları arasında sonradan mübahisə yaranmaması üçün əvvəlcədən vəsiyyət yazmağın mümkün olub-olmadığını soruşur.
Oxu24.com-a açıqlama verən vəkil Fuad Mirzəzadə bildirib ki, Azərbaycan qanunvericiliyi vəsiyyət institutunu tanıyır və hər bir şəxs qanunla müəyyən edilmiş qaydada öz əmlakı barədə vəsiyyət edə bilər.
Onun sözlərinə görə, Mülki Məcəlləyə əsasən, hər bir vətəndaş ölümündən sonra əmlakının kimə və hansı qaydada keçəcəyini vəsiyyətnamə vasitəsilə müəyyən edə bilər.
“Şəxs sağlığında notariat qaydasında vəsiyyətnamə tərtib etdirə və öz iradəsini rəsmiləşdirə bilər. Vəsiyyətnamədə əmlakın tam şəkildə və ya müəyyən hissələrinin hansı övlada, yaxud digər şəxsə keçəcəyini dəqiq göstərmək mümkündür. Məsələn, valideyn qeyd edə bilər ki, evin bir hissəsi bir övladına, digər hissəsi isə ikinci övladına verilsin”, – deyə vəkil bildirib.
Fuad Mirzəzadə vurğulayıb ki, vəsiyyətnamənin hüquqi qüvvəyə malik olması üçün onun qanunvericiliyin tələblərinə uyğun şəkildə notariat qaydasında təsdiqlənməsi vacibdir.
Onun sözlərinə görə, düzgün tərtib olunmuş vəsiyyətnamə gələcəkdə vərəsələr arasında yarana biləcək bir çox mübahisələrin qarşısını almağa kömək edir.
Vəkil qeyd edib ki, vətəndaş vəsiyyət yazmasa belə, bu, əmlakın sahibsiz qalması demək deyil.
“Əgər şəxs vəsiyyətnamə tərtib etmədən vəfat edərsə, həmin halda əmlak qanun üzrə vərəsəlik qaydasında bölüşdürülür. Birinci növbə vərəsələr sırasında övladlar, həyat yoldaşı və valideynlər yer alırlar. Onların hər biri qanunvericilikdə nəzərdə tutulmuş qaydada mirasdan pay alırlar”, – deyə o bildirib.
Fuad Mirzəzadənin sözlərinə görə, əgər mərhumun həyat yoldaşı sağdırsa və bir neçə övladı varsa, miras əmlakı qanunda nəzərdə tutulmuş qaydada həmin vərəsələr arasında bölünür.
“Yəni vəsiyyətnamə olmadıqda əmlak avtomatik olaraq qanun üzrə vərəsələr arasında paylaşdırılır. Bu bölgü Mülki Məcəllənin tələblərinə uyğun aparılır və hər bir vərəsənin hüquqları nəzərə alınır”, – deyə vəkil əlavə edib.
O bildirib ki, vəsiyyətnamə tərtib etmək istəyən şəxslər bunu son ana saxlamamalı, bütün hüquqi tələbləri əvvəlcədən araşdırmalı və sənədi notariat qaydasında rəsmiləşdirməlidirlər.
Vəkil hesab edir ki, ailədaxili mübahisələrin və uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısını almağın ən səmərəli yollarından biri də məhz düzgün hazırlanmış və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş vəsiyyətnamədir.
Sonda Fuad Mirzəzadə vətəndaşlara tövsiyə edib ki, əmlak bölgüsü ilə bağlı qərar qəbul etməzdən əvvəl hüquqi məsləhət alsınlar. Bu, həm vəsiyyət edən şəxsin iradəsinin tam şəkildə təmin olunmasına, həm də gələcəkdə vərəsələr arasında yarana biləcək hüquqi mübahisələrin minimuma endirilməsinə kömək edəcək.
Turan
15:54 / 10 İyul 2026
1
15:41 / 10 İyul 2026
33
15:32 / 10 İyul 2026
42
15:29 / 10 İyul 2026
46
15:26 / 10 İyul 2026
46
15:24 / 10 İyul 2026
41
15:15 / 10 İyul 2026
44
14:53 / 10 İyul 2026
55
14:49 / 10 İyul 2026
62
14:35 / 10 İyul 2026
62
14:30 / 10 İyul 2026
61
14:26 / 10 İyul 2026
62
14:18 / 10 İyul 2026
63
13:52 / 10 İyul 2026
72
13:50 / 10 İyul 2026
65
13:39 / 10 İyul 2026
84
13:17 / 10 İyul 2026
90
13:03 / 10 İyul 2026
82
13:01 / 10 İyul 2026
81
12:55 / 10 İyul 2026
77
12:54 / 10 İyul 2026
91
12:49 / 10 İyul 2026
65
12:45 / 10 İyul 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.