Rəşad Dağlı azadlığa çıxa bilər – Tarix AÇIQLANDI
26 Sentyabr 2026, 13:43
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
569
10.06.2026, 13:27
Gündəlik həyatımızda hər birimiz müxtəlif mağazalardan, ticarət mərkəzlərindən və ya onlayn platformalardan alış-veriş edirik. Lakin tez-tez aldığımız məhsulların keyfiyyəti, işləkiliyi və ya gözləntilərimizə cavab verməməsi ilə bağlı problemlərlə qarşılaşırıq. Cəmiyyətdə geniş yayılmış və kök salmış belə bir yanlış rəy var ki, qanunla müəyyən edilmiş 14 günlük müddət bitdisə, alıcı artıq heç bir hüquq iddia edə bilməz və malı geri qaytarmaq qeyri-mümkündür. Bu cür yanlış məlumatlar əksər hallarda vətəndaşların maddi ziyana düşməsinə və istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol açır.
Bəs əslində qanunvericilik bu barədə nə deyir? 14 günlük müddət keçdikdən sonra hansı hallarda mağazaya gedib haqqımızı tələb edə bilərik?
Hüquqşünas Turan Abdullazadə Oxu24.com-a açıqlamasında bildirib ki, bəzi vətəndaşlar elə zənn edirlər ki, malın alınmasından 14 gün keçibsə, artıq həmin məhsulu heç bir halda geri qaytarmaq olmaz.
Hüquqşünas bu yanaşmanın tamamilə səhv olduğunu vurğulayır.
Burada ən mühüm məqam malın qüsurlu olub-olmamasıdır:
“Əgər malda heç bir problem yoxdursa, siz sadəcə öz istəyinizlə məhsulu qaytarmaq və ya dəyişdirmək istəyirsinizsə, bunu mütləq 14 gün ərzində etməlisiniz. 14 gün keçdikdən sonra qüsuru olmayan malın geri qaytarılması qanunən mümkün deyil.
Əgər mal qüsurludursa, məhsulda hər hansı bir qüsur və ya nasazlıq aşkarlanarsa, 14 günlük müddət keçsə belə, onu geri qaytarmaq tamamilə mümkündür”.
Hüquqşünasın sözlərinə görə, bu proses malın zəmanət müddəti ərzində rəsmiləşdirilə bilər.
Turan Abdullazadə məsələnin hüquqi tərəflərinə toxunaraq qeyd edib ki, bu hüquqlar birbaşa qanunvericiliklə qorunur:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı müqavilə və digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə uyğun olaraq müəyyən tələblər irəli sürə bilər”.
Hüquqşünas vurğulayır ki, malda mühüm qüsur aşkarlandığı halda alıcı satıcıdan müqavilənin ləğv edilməsini və məhsula ödənilmiş pulun geri qaytarılmasını, həmçinin bu səbəbdən çəkdiyi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Satıcı və ya icraçı qanunla bu tələbi yerinə yetirməyə borcludur.Qanunvericilik alıcıya təkcə pulu geri almaq hüququ vermir.
Alıcı satıcı ilə razılığa gələrək digər formalarda da öz hüquqlarını bərpa edə bilər.
T.Abdullazadə qüsurlu malla bağlı satıcıdan qanunən tələb edilə biləcək digər variantları belə sıralayır:
1.Malın lazımi keyfiyyətli digər məhsulla dəyişdirilməsi;
2.Məhsulun satış qiymətinin qüsurun dərəcəsinə uyğun məbləğdə azaldılması;
3.Məhsulun başqa bir modelli və ya markalı mal ilə, yenidən hesablaşma aparılmaq şərtilə əvəz edilməsi.
Oxu24.com olaraq oxucularımıza tövsiyə edirik ki, alış-veriş zamanı zəmanət talonlarını və kassa çeklərini qoruyub saxlasınlar. Unutmayın ki, qanunları bilmək sizi həm maddi itkilərdən qoruyur, həm də hüquqlarınızın tapdanmasının qarşısını alır.
Çimnaz Telmanqızı
00:12 / 28 Sentyabr 2026
79
00:09 / 28 Sentyabr 2026
114
23:44 / 27 Sentyabr 2026
2231
23:31 / 27 Sentyabr 2026
72
23:24 / 27 Sentyabr 2026
69
23:06 / 27 Sentyabr 2026
74
23:02 / 27 Sentyabr 2026
309
22:58 / 27 Sentyabr 2026
70
22:55 / 27 Sentyabr 2026
75
22:37 / 27 Sentyabr 2026
688
22:03 / 27 Sentyabr 2026
83
21:49 / 27 Sentyabr 2026
600
21:30 / 27 Sentyabr 2026
275
21:29 / 27 Sentyabr 2026
68
21:12 / 27 Sentyabr 2026
177
21:06 / 27 Sentyabr 2026
66
21:00 / 27 Sentyabr 2026
152
20:59 / 27 Sentyabr 2026
80
20:47 / 27 Sentyabr 2026
246
20:38 / 27 Sentyabr 2026
90
20:30 / 27 Sentyabr 2026
70
20:06 / 27 Sentyabr 2026
368
19:57 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.