Mənzilin sahəsi çıxarışda az çıxarsa nə etməli? – Vəkildən MÜHÜM AÇIQLAMA
07 Avqust 2026, 17:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1067
09.06.2026, 17:00
Sürücülər arasında ən çox verilən suallardan biri də budur: “Axşam spirtli içki qəbul etmişəmsə, səhər avtomobil idarə edərkən polis məni saxlasa, cərimə oluna bilərəmmi?”
Mövzu ilə bağlı hüquqşünas Ziyafət Qarayeva Oxu24.com-a bildirib ki, burada əsas məsələ spirtli içkinin nə vaxt qəbul edilməsi deyil, tibbi müayinə zamanı orqanizmdə alkoqolun hansı səviyyədə aşkarlanmasıdır.
Onun sözlərinə görə, bəzi sürücülər axşam saatlarında spirtli içki qəbul etdikdən sonra səhər tam ayıq olduqlarını düşünsələr də, alkoqolun orqanizmdən xaric olunma sürəti hər insanda fərqli olur. Bu proses qəbul edilən içkinin miqdarından, insanın çəkisindən, yaşından, sağlamlıq vəziyyətindən və maddələr mübadiləsinin sürətindən asılıdır.
“Yadda saxlamaq lazımdır ki, spirtli içkinin qəbulundan sonra özünüzü normal hiss etməyiniz onun tam şəkildə orqanizmdən xaric olması demək deyil. Əsas göstərici tibbi müayinə nəticəsində qanda və ya nəfəsdə müəyyən edilən alkoqol səviyyəsidir”, – deyə hüquqşünas vurğulayıb.
Mütəxəssis qeyd edib ki, tibbi müayinə zamanı sürücünün orqanizmində alkoqolun miqdarı 0,3 promildən yuxarı müəyyən edilərsə, həmin şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş hesab olunur. Bu halda qanunvericilikdə nəzərdə tutulan inzibati məsuliyyət tədbirləri tətbiq edilə bilər.
Hüquqşünasın sözlərinə görə, bir çox insanlar “içkini axşam içmişəm, səhərə qədər təsiri keçib” düşüncəsi ilə sükan arxasına əyləşirlər. Lakin bəzi hallarda qəbul edilən alkoqolun miqdarından asılı olaraq onun qalıq təsiri səhər saatlarında da davam edə bilir və bu, sürücünün məsuliyyətə cəlb olunmasına səbəb olur.
“Qanun üçün vacib olan içkinin hansı saatda qəbul edilməsi deyil, nəqliyyat vasitəsini idarə etdiyiniz anda orqanizmdə alkoqolun olub-olmamasıdır. Əgər tibbi müayinə nəticəsində göstərici normadan yüksək çıxarsa, bu zaman sürücünün ‘mən içkini dünən axşam qəbul etmişdim’ arqumenti məsuliyyətdən azad etmir”, – deyə o bildirib.
Mütəxəssis sürücülərə tövsiyə edir ki, spirtli içki qəbul etdikdən sonra kifayət qədər vaxt keçmədən avtomobil idarə etməsinlər və özlərini yaxşı hiss etsələr belə, alkoqolun orqanizmdən tam xaric olduğuna əmin olmadan sükan arxasına əyləşməsinlər.
Hüquqşünas hesab edir ki, bu məsələdə ən təhlükəsiz seçim avtomobil idarə etməyi təxirə salmaqdır. Çünki sərxoş vəziyyətdə sükan arxasına əyləşmək təkcə cərimə və digər hüquqi məsuliyyətlə nəticələnmir, eyni zamanda həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına qoyur.
Hazırladı: Turan
10:03 / 11 Avqust 2026
1
09:57 / 11 Avqust 2026
19
09:49 / 11 Avqust 2026
36
09:47 / 11 Avqust 2026
41
09:40 / 11 Avqust 2026
219
09:38 / 11 Avqust 2026
46
09:34 / 11 Avqust 2026
42
09:20 / 11 Avqust 2026
50
09:02 / 11 Avqust 2026
55
08:59 / 11 Avqust 2026
51
08:57 / 11 Avqust 2026
50
08:55 / 11 Avqust 2026
53
08:53 / 11 Avqust 2026
47
23:41 / 10 Avqust 2026
91
23:41 / 10 Avqust 2026
103
23:24 / 10 Avqust 2026
110
22:32 / 10 Avqust 2026
95
22:10 / 10 Avqust 2026
104
21:49 / 10 Avqust 2026
103
20:42 / 10 Avqust 2026
104
20:35 / 10 Avqust 2026
94
20:01 / 10 Avqust 2026
104
19:43 / 10 Avqust 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.