Avtomobilinə bunu yapışdıran sürücü cərimə oluna bilərmi? — EKSPERT AÇIQLADI
28 Sentyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
659
27.05.2026, 17:51
Bərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?
Fərdi qaydada bərbər fəaliyyəti göstərmək istəyirəm. Bu sahədə fəaliyyətə başlamaq üçün qeydiyyat lazımdırmı? Hansı vergi öhdəliklərim yaranır? Məcburi dövlət sosial sığorta haqqı ödəməliyəmmi və məbləği necə hesablanır? Hər ay və ya rüb hansı hesabatları verməliyəm?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu24.com-a bildirilib ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.
Həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır.
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 15 manatdır. Nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.
“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.2-ci maddəsinə əsasən, bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 5 faizi məbləğinin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilib:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;
- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;
- digər şəhər və rayonlarda – 1 əmsal.
“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Göründüyü kimi, bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir.
"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.
Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.
Vergi Məcəlləsinin 221.8.3-cü maddəsinə əsasən, başqa hal nəzərdə tutulmamışdırsa, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər vergi orqanlarına bəyannamə vermirlər.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri
18:15 / 28 Sentyabr 2026
13
18:09 / 28 Sentyabr 2026
15
18:02 / 28 Sentyabr 2026
36
17:58 / 28 Sentyabr 2026
42
17:56 / 28 Sentyabr 2026
35
17:49 / 28 Sentyabr 2026
38
17:48 / 28 Sentyabr 2026
45
17:25 / 28 Sentyabr 2026
295
17:20 / 28 Sentyabr 2026
50
17:09 / 28 Sentyabr 2026
56
17:06 / 28 Sentyabr 2026
440
17:03 / 28 Sentyabr 2026
59
16:59 / 28 Sentyabr 2026
87
16:45 / 28 Sentyabr 2026
60
16:17 / 28 Sentyabr 2026
70
16:16 / 28 Sentyabr 2026
73
16:00 / 28 Sentyabr 2026
64
15:36 / 28 Sentyabr 2026
127
15:21 / 28 Sentyabr 2026
218
15:16 / 28 Sentyabr 2026
206
15:05 / 28 Sentyabr 2026
66
14:55 / 28 Sentyabr 2026
60
14:45 / 28 Sentyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.