İşə gecikənlərə mühüm xəbər: 72-ci maddənin təsiri barədə AÇIQLAMA
13 Noyabr 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
3338
09.03.2026, 19:31
Sürücü üçün “təhlükə anı” nə vaxt başlayır?
Yol-nəqliyyat hadisələri zamanı ən çox müzakirə olunan məsələlərdən biri sürücünün məsuliyyətinin hansı anda başladığıdır. Mütəxəssislərin sözlərinə görə, bu məsələdə əsas anlayış təhlükə anı hesab olunur.
Oxu24.com xəbər verir ki,avtotexniki ekspertiza sahəsində “təhlükə anı” belə izah edilir: avtomobilin hərəkət trayektoriyasına doğru hər hansı təhlükəli yer dəyişmənin başladığı an təhlükə anının başlanğıcı sayılır. Yəni piyada və ya başqa maneə avtomobilin yoluna doğru hərəkət etməyə başladığı andan etibarən sürücünün reaksiyası və məsuliyyəti qiymətləndirilməyə başlayır.
Məsələn, sürücü saatda 90 kilometr sürətlə, icazə verilən 110 km/saat həddi olan yolda hərəkət edir. Əgər piyada qəfil şəkildə keçidin altından və ya yolun hərəkət hissəsindən çıxaraq yolu keçməyə başlasa, həmin an təhlükə anı kimi qəbul olunur.
Mütəxəssislər bildirir ki, piyada yolun kənarında dayanırsa və hərəkət etmirsə, bu vəziyyət hələ təhlükə sayılmır. Lakin piyada avtomobilin hərəkət istiqamətinə doğru addım atdığı andan sürücü üçün təhlükə yaranmış hesab edilir.
Belə hallarda hadisənin araşdırılması zamanı Avtotexniki ekspertiza aparılır. Ekspertlər piyadanın hərəkət sürətini, qət etdiyi məsafəni və avtomobilin sürətini xüsusi metodlarla hesablayırlar. Məsələn, piyadanın müəyyən məsafəni neçə saniyəyə qət etdiyi müəyyən edilir, daha sonra avtomobilin həmin vaxt ərzində neçə metr məsafə qət edə biləcəyi hesablanır.
Bu hesablamalar vasitəsilə belə bir sual cavablandırılır: təhlükə yarandığı anda avtomobil hansı məsafədə olub və sürücünün hadisənin qarşısını almaq üçün real imkanı varmı?
Əgər ekspertiza müəyyən edərsə ki, sürücü təhlükəni vaxtında görməyə və reaksiyaya imkan tapmayıb, bu halda onun məsuliyyəti aradan qalxa və ya azaldıla bilər. Lakin əksinə, təhlükəni görmək və reaksiya vermək üçün kifayət qədər vaxt olduğu sübuta yetirilərsə, sürücü məsuliyyət daşıya bilər.
Beləliklə, yol-nəqliyyat hadisələrinin hüquqi qiymətləndirilməsi zamanı əsas meyarlardan biri məhz sürücü üçün təhlükə anının hansı anda yaranması və onun qarşısını almaq imkanının olub-olmamasıdır.
Hazırladı: Turan
13:43 / 13 Noyabr 2026
34
13:41 / 13 Noyabr 2026
29
13:20 / 13 Noyabr 2026
41
13:05 / 13 Noyabr 2026
76
12:57 / 13 Noyabr 2026
70
12:45 / 13 Noyabr 2026
95
12:32 / 13 Noyabr 2026
118
12:20 / 13 Noyabr 2026
85
12:17 / 13 Noyabr 2026
86
12:08 / 13 Noyabr 2026
542
11:55 / 13 Noyabr 2026
102
11:45 / 13 Noyabr 2026
166
11:40 / 13 Noyabr 2026
97
11:21 / 13 Noyabr 2026
311
11:15 / 13 Noyabr 2026
101
11:12 / 13 Noyabr 2026
197
11:00 / 13 Noyabr 2026
116
10:50 / 13 Noyabr 2026
100
10:45 / 13 Noyabr 2026
153
10:39 / 13 Noyabr 2026
130
10:25 / 13 Noyabr 2026
119
10:22 / 13 Noyabr 2026
261
10:20 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.