Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
3155
03.03.2026, 13:39
Avtomobil idarə edən hər bir şəxsi və maşınını başqasına etibar edən mülkiyyətçiləri ən çox düşündürən suallardan biri də elektron cərimələrin kimin adına rəsmiləşdirilməsidir. Xüsusilə yol hərəkəti qaydaları pozulduğu zaman tətbiq edilən inzibati cərimələrin kimin "cibinə" yazılacağı bəzən mülkiyyətçi ilə sürücü arasında ciddi mübahisələrə səbəb olur.
Bəs qanunvericilik bu barədə nə deyir? Cərimə mütləq avtomobilin sahibinəmi gəlməlidir, yoxsa sükan arxasındakı şəxsə?
Məsələ ilə bağlı Oxu24.com-a tanınmış vəkil Elvin Səfərovun sözlərinə görə elektron qaydada tərtib olunan inzibati xəta qərarları birbaşa sistemdəki qeydiyyatdan asılıdır:
“Etibarnamə varsa, məsuliyyət Kimdədir?
Əgər avtomobil mülkiyyətçisindən başqa digər bir şəxs tərəfindən idarə olunursa və həmin şəxsin bu səlahiyyəti (etibarnaməsi) dövlət qeydiyyatından keçirilibsə, proses fərqli tənzimlənir:
Əgər mülkiyyətçidən başqa avtomobili idarə etmək səlahiyyəti olan şəxs varsa və dövlətin bundan məlumatı varsa, cərimələr avtomatik olaraq sonuncu etibarnaməsi qeydiyyata alınmış şəxsin adına yazılır”,-deyə vəkil bildirib.
Etibarnamə olmadıqda nə baş verir?
Elvin Səfərov vurğulayıb ki, sistemdə rəsmi qeydiyyata alınmış etibarnaməli şəxs olmadıqda, cərimə birbaşa avtomobil mülkiyyətçisinin adına rəsmiləşdirilir.
O, həmçinin qeyd edib ki, bu bir şəxsi rəy deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin birbaşa tələbidir.
"Sürücülərə tövsiyə olunur ki, avtomobili başqasına etibar etdikdə və ya etibarnamə ilə maşın idarə etdikdə bu hüquqi məqamları mütləq nəzərə alsınlar",-deyə vəkil qeyd edib.
Çimnaz Telmanqızı
17:43 / 13 Noyabr 2026
17
17:30 / 13 Noyabr 2026
45
17:18 / 13 Noyabr 2026
47
17:13 / 13 Noyabr 2026
93
17:07 / 13 Noyabr 2026
59
16:59 / 13 Noyabr 2026
67
16:51 / 13 Noyabr 2026
86
16:37 / 13 Noyabr 2026
112
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
210
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
336
15:37 / 13 Noyabr 2026
102
15:30 / 13 Noyabr 2026
102
15:01 / 13 Noyabr 2026
114
14:59 / 13 Noyabr 2026
247
14:50 / 13 Noyabr 2026
134
14:46 / 13 Noyabr 2026
116
14:33 / 13 Noyabr 2026
127
14:24 / 13 Noyabr 2026
619
14:17 / 13 Noyabr 2026
504
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.