Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2668
28.09.2025, 01:28
Ötən günü sosial şəbəkələrdə qəbiristanlıqda iki qadının cadu basdırması görüntüləri yayıldı.
Qeyd olunan görüntülər yayıldıqdan sonra sosial şəbəkə istifadəçiləri həmin qadınların məsuliyyətə cəlb edilməsinə çağırışlar etdilər.
Oxu24.com məsələnin hüquqi tərəfini araşdırıb.
Cadu etdirən şəxs məsuliyyətə cəlb oluna bilərmi?
Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və digər qanunlarda “cadu”, “tilsim” və ya “sehr” ayrıca cinayət tərkibi kimi nəzərdə tutulmayıb.
Bu, daha çox xalq inancları və dini-əfsanəvi təsəvvürlərlə bağlı anlayışdır, hüquqi kateqoriya deyil.
Hüquqşünasın dediyinə görə,əgər şəxs sadəcə kiməsə “cadu etdim” deyirsə, amma heç bir fiziki və ya maddi ziyan vurmursa, qanun qarşısında məsuliyyət daşımır.
Bəs,falçılar,bu işlə məşğul olan şəxslər hansı hallarda məsuliyyətə cəlb edilə bilərlər?
Hüquqşünas Ellada Bayramova qeyd edir ki, cadu adı altında insanlardan pul almaq, aldatmaq, psixoloji təsir göstərmək halları baş verirsə, bunlar artıq hüquqi məsuliyyət doğura bilər:
Cinayət Məcəlləsi, 178-ci maddə – dələduzluq (aldatma və ya etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirmə).
Mülki Məcəllə üzrə – zərərçəkmiş şəxs dələduzdan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edə bilər.
Bir şəxs gedib “cadugərdən” xidmət alırsa, bu, hüquq pozuntusu sayılmır. Lakin həmin şəxs üçüncü şəxsə qarşı zərər vurmaq niyyəti ilə belə xidmət sifariş edibsə və nəticədə konkret zərər (sağlamlığa ziyan, maddi zərər və s.) baş veribsə, o da məsuliyyət daşıya bilər.
Misal üçün: cadu adı altında kiminsə sağlamlığına ziyan vurmaq üçün dərman, maddə və s. istifadə edilərsə – bu artıq Cinayət Məcəlləsinin 126 (qəsdən sağlamlığa ağır zərər vurma), 127 (sağlamlığa az ağır zərər vurma) və ya digər maddələrlə qiymətləndirilə bilər. Nəzarət və hüquqi mexanizmi Dövlət “cadu” ilə məşğul olanlara xüsusi nəzarət etmir, çünki, bu, hüquqi kateqoriya deyil.
Amma “cadu” pərdəsi altında fəaliyyət göstərən şəxslərin reklam elanları (özünü şəfaçı, cadugər kimi təqdim etmək),aldatma yolu ilə pul toplamaq,saxta müalicə və qeyri-qanuni tibbi fəaliyyətlə məşğul olmaq halları aşkar edilərsə, artıq hüquq-mühafizə orqanları cinayət işi aça bilər.
Qanunda “cadu etmək” ayrıca cinayət deyil.
Amma cadu adı altında kiminsə aldadılması, maddi və ya sağlamlıq zərərinə səbəb olunması hüquqi məsuliyyət doğurur.
Cadu etdirən şəxs də, əgər onun sifarişi nəticəsində konkret zərər baş veribsə, cinayətə şərik hesab oluna bilər.
Oxu24.com bundan öncə küçədən əşya tapan şəxsin məsuliyyəti barədə məlumat hazırlamışdı.
Hazırladı: Miri Məcidli
18:08 / 11 Oktyabr 2026
4
17:57 / 11 Oktyabr 2026
18
17:52 / 11 Oktyabr 2026
72
17:40 / 11 Oktyabr 2026
46
17:28 / 11 Oktyabr 2026
50
17:24 / 11 Oktyabr 2026
76
17:10 / 11 Oktyabr 2026
77
16:55 / 11 Oktyabr 2026
117
16:46 / 11 Oktyabr 2026
70
16:25 / 11 Oktyabr 2026
62
15:55 / 11 Oktyabr 2026
87
15:22 / 11 Oktyabr 2026
79
15:03 / 11 Oktyabr 2026
261
14:50 / 11 Oktyabr 2026
198
14:41 / 11 Oktyabr 2026
106
14:35 / 11 Oktyabr 2026
330
14:34 / 11 Oktyabr 2026
103
14:25 / 11 Oktyabr 2026
974
14:19 / 11 Oktyabr 2026
141
14:15 / 11 Oktyabr 2026
130
14:10 / 11 Oktyabr 2026
205
14:06 / 11 Oktyabr 2026
90
13:51 / 11 Oktyabr 2026
2011
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.