Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
572
06.03.2025, 11:10
38 küçə və prospekt üzrə svetoforlara “yaşıl dalğa” əmri verilib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur.
Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da ( şəhərə giriş-çıxış yolları) təsir edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hansı tədbirlər görülüb?
Mərkəz tərəfindən nəqliyyat intensivliyini artırmaq məqsədilə 38 küçə və prospekt üzrə svetoforlara “yaşıl dalğa” əmri verilib. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi yol polisi əməkdaşları ilə informasiya mübadiləsi aparılıb.
Nəqliyyat intensivliyini artırmaq məqsədilə bu küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri verilib:
1. S.Vurğun küçəsi;
2. A.Bakıxanov küçəsi;
3. M.Müşfiq küçəsi;
4. Mehdi Hüseyn küçəsi;
5. Ş.Bədəlbəyli küçəsi;
6. M.Füzuli küçəsi;
7. R.Behbudov küçəsi;
8. K.Rəhimov küçəsi;
9. 28 May küçəsi;
10. Ü.Hacıbəyli küçəsi;
11. Y.Səfərov küçəsi;
12. A.Cəlilov küçəsi;
13. Ak.Həsən Əliyev küçəsi;
14. Gülarə Qədirbəyova küçəsi;
15. İstiqlaliyyət küçəsi;
16. C.Hacıbəyli küçəsi;
17. Ə.Ağaoğlu küçəsi;
18. Vaqif küçəsi;
19. Ə.Dəmirçizadə küçəsi;
20. Nəsib bəy Yusifbəyli küçəsi;
21. Y.V.Çəmənzəminli küçəsi;
22. M.Araz küçəsi;
23. Nazim Hikmət küçəsi;
24. M.Mehdizadə küçəsi;
25. Nizami küçəsi;
26. Süleyman Rəhimov küçəsi;
27. Tbilisi prospekti;
28. 8 Noyabr prospekti;29. Q.Qarayev prospekti;
30. İnşaatçılar prospekti;
31. Neftçilər prospekti;
32. Z.Əliyeva prospekti;
33. Azadlıq prospekti;
34. Azərbaycan prospekti;
35. Xətai prospekti;
36. Atatürk prospekti;
37. Parlament prospekti;
38. F.Xoyski prospekti.
20:00 / 24 Avqust 2026
35
19:45 / 24 Avqust 2026
57
19:38 / 24 Avqust 2026
64
19:29 / 24 Avqust 2026
60
19:18 / 24 Avqust 2026
76
19:13 / 24 Avqust 2026
62
19:08 / 24 Avqust 2026
475
19:00 / 24 Avqust 2026
60
18:59 / 24 Avqust 2026
235
18:57 / 24 Avqust 2026
67
18:51 / 24 Avqust 2026
68
18:43 / 24 Avqust 2026
135
18:26 / 24 Avqust 2026
66
18:16 / 24 Avqust 2026
72
18:07 / 24 Avqust 2026
74
17:59 / 24 Avqust 2026
90
17:45 / 24 Avqust 2026
77
17:29 / 24 Avqust 2026
86
17:05 / 24 Avqust 2026
81
16:53 / 24 Avqust 2026
97
16:44 / 24 Avqust 2026
54
16:31 / 24 Avqust 2026
117
16:17 / 24 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.