Konstitusiya Məhkəməsi məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edib
17 Aprel 2026, 20:11
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
552
05.03.2025, 19:25
28 fevral - 02 mart tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) nümayəndə heyəti - ARVK-nın sədr müavini Aydın Axundov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Qırğız Respublikası Vəkillər Kollegiyasının dəvəti ilə Qırğız Respublikası vəkilliyinin 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olub.
Qırğız Respublikası Filarmoniyasında təntənəli mərasim keçirilib. Açılış nitqi ilə çıxış edən Qırğız Respublikası Vəkillər Kollegiyasının sədri Meyil Begilerova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən, habelə Qırğız Respublikası vəkilliyində son illərdə atılan perspektivli addımlardan və görülən işlərdən danışıb.
Sonra tədbirdə rəsmi şəxslər çıxış edərək Qırğız Respublikası vəkilliyinin 100 illiyi münasibəti ilə hər kəsi təbrik ediblər, vəkillərin gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Həmçinin tədbirdə "Qırğız Respublikasının Vəkilliyinin tarixi" adlı sənədli film nümayiş etdirilib.
Tədbirlər çərçivəsində "Ala-Arça" dövlət iqamətgahında qonaqlara ziyafət təşkil olunub. Ziyafət zamanı çıxış edən ARVK-nın sədr müavini Aydın Axundov Qırğız Respublikası vəkillərini salamlayıb, xoş arzularını çatdırıb və dəvət üçün təşəkkürünü bildirib. O, iki qardaş ölkənin vəkil qurumları arasındakı münasibətlərin əhəmiyyətini vurğulayaraq, vəkillik peşəsinin cəmiyyətdəki rolu və aliliyini qeyd edib.
ARVK Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev də çıxışında qonaqları salamlayıb, vəkillərin peşəkarlıq standartlarının artması və beynəlxalq təcrübənin bölüşülməsi məqsədilə bu tipli tədbirlərin vacibliyini vurğulayıb.
Nəzərə çatdırılıb ki, Qırğız Respublikası vəkilliyinin 100 illiyinə həsr olunmuş jurnal çap edilib. Jurnalda ARVK-nın sədri Anar Bağırovun da təbrik məktubu yer alıb. Məktubda vəkillik peşəsinin ədalətli cəmiyyət, qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunmasında oynadığı mühüm rol vurğulanıb.
Həmçinin oxuyun
Sədr məktubunda qeyd edib ki, iki türk dövləti olan Azərbaycan və Qırğız Respublikasını dərin dostluq və tarixi qardaşlıq əlaqələri bağlayır. Bu da müxtəlif sahələrdə, o cümlədən hüquq cəmiyyətində sıx əməkdaşlığımızda öz əksini tapır. Xüsusilə, Kollegiyalarımız arasında bağlanmış qarşılıqlı anlaşma haqqında Memorandum bizim üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, Memoranduma əsasən, iki qardaş ölkənin vəkil qurumları arasında sıx əməkdaşlığın əsası qoyulmuşdu.
Həmçinin Anar Bağırov qeyd edib ki, Qırğız Respublikasının Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri arasında imzalanmış niyyət bəyannaməsi və onun icrasındakı rolu danılmazdır. Əminəm ki, bu əməkdaşlıq çərçivəsində gələcəkdə ortaq səylərimizin töhfəsini görəcəyik, peşəkar, eləcə də şəxsi əlaqələrimiz daha da möhkəmlənəcək.
Tədbirin sonunda mükafatlar və hədiyyələr təqdim olunub.
13:21 / 20 Aprel 2026
13
13:08 / 20 Aprel 2026
25
13:06 / 20 Aprel 2026
30
13:03 / 20 Aprel 2026
29
12:57 / 20 Aprel 2026
129
12:55 / 20 Aprel 2026
29
12:48 / 20 Aprel 2026
167
12:34 / 20 Aprel 2026
638
12:32 / 20 Aprel 2026
53
12:30 / 20 Aprel 2026
45
12:20 / 20 Aprel 2026
35
12:17 / 20 Aprel 2026
401
12:12 / 20 Aprel 2026
38
12:08 / 20 Aprel 2026
116
12:06 / 20 Aprel 2026
46
12:04 / 20 Aprel 2026
43
11:52 / 20 Aprel 2026
107
11:48 / 20 Aprel 2026
43
11:45 / 20 Aprel 2026
38
11:42 / 20 Aprel 2026
39
11:39 / 20 Aprel 2026
43
11:34 / 20 Aprel 2026
355
11:23 / 20 Aprel 2026
42
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.