Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
736
05.03.2025, 16:03
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu24.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclası qapalı olub. Buna səbəb işdə dövlət sirri olması barədə məlumatların qeyd olunduğu göstərilib. İş məhkəmə baxışına verilib. Qapalı iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 19-a təyin olunub.
Qeyd edək ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.
Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.
Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı ötən il noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.
Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
İstintaqla işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş media-turda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında istintaq başlanan dövrdə Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
22:25 / 24 Avqust 2026
1
22:06 / 24 Avqust 2026
32
21:40 / 24 Avqust 2026
44
21:17 / 24 Avqust 2026
64
20:58 / 24 Avqust 2026
72
20:58 / 24 Avqust 2026
77
20:28 / 24 Avqust 2026
62
20:00 / 24 Avqust 2026
71
19:45 / 24 Avqust 2026
82
19:38 / 24 Avqust 2026
83
19:29 / 24 Avqust 2026
77
19:18 / 24 Avqust 2026
121
19:13 / 24 Avqust 2026
77
19:08 / 24 Avqust 2026
735
19:00 / 24 Avqust 2026
70
18:59 / 24 Avqust 2026
327
18:57 / 24 Avqust 2026
78
18:51 / 24 Avqust 2026
81
18:43 / 24 Avqust 2026
156
18:26 / 24 Avqust 2026
75
18:16 / 24 Avqust 2026
80
18:07 / 24 Avqust 2026
81
17:59 / 24 Avqust 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.