Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
604
04.03.2025, 15:21
Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Martın 4-də Baş prokuror Kamran Əliyev Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd, Cəbrayıl rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.
00:04 / 25 Avqust 2026
52
00:01 / 25 Avqust 2026
7
23:54 / 24 Avqust 2026
53
22:49 / 24 Avqust 2026
54
22:49 / 24 Avqust 2026
62
22:25 / 24 Avqust 2026
166
22:06 / 24 Avqust 2026
67
21:40 / 24 Avqust 2026
60
21:17 / 24 Avqust 2026
81
20:58 / 24 Avqust 2026
90
20:58 / 24 Avqust 2026
101
20:28 / 24 Avqust 2026
71
20:00 / 24 Avqust 2026
74
19:45 / 24 Avqust 2026
91
19:38 / 24 Avqust 2026
90
19:29 / 24 Avqust 2026
82
19:18 / 24 Avqust 2026
160
19:13 / 24 Avqust 2026
81
19:08 / 24 Avqust 2026
908
19:00 / 24 Avqust 2026
71
18:59 / 24 Avqust 2026
382
18:57 / 24 Avqust 2026
84
18:51 / 24 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.