Maşınınızda bu aksesuarlar varsa, çıxarın - CƏRİMƏSİ VAR
30 Aprel 2025, 16:24
Qaynar xətt:
(+99450) 247 90 86Ali Məhkəmə qərar qəbul edib
HÜQUQ
308
04.03.2025, 10:11
Azərbaycan Respublikasının Ali Məhkəməsi vərəsələr arasında ixtilafların həll edilməsi zamanı vərəsəlik şəhadətnamələrinin hüquqi əhəmiyyətinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, işin hallarına görə, iddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və eyni tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin notariat ofisinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
Birinci instansiya məhkəməsi iddianı tam təmin edib, apellyasiya instansiyası məhkəməsi qətnaməni “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın 1/4 hissəsinə dair iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariat ofisinin üzərinə qoyulması” hissəsində ləğv edib, həmin hissədə iddianı rədd edərkən qeyd edib ki, hazırda iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə özündən əvvəl tərtib edilmiş digər şəhadətnamələrdən (mülkiyyət hüququ və qanun üzrə vərəsəlik hüququ haqqında) qaynaqlanıb, lakin iddiaçı həmin şəhadətnamələri mübahisələndirməyib. Vərəsələrin, o cümlədən iddiaçının miras əmlakın ¼ hissəsinə payı yalnız bu şəhadətnamələr ləğv edildikdən sonra tanına bilər.
Kassasiya instansiya məhkəməsinin mövqeyi:
Notariusun verdiyi vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Belə ki, qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir.
Həmçinin oxuyun
Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.
Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.
Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır.
Bu səbəbdən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (bu cür tələblər müxtəlif məzmunda və variantlarda irəli sürülə bilər: məsələn, vərəsəlik payının müəyyən edilməsi və (və ya) əşyanın qaytarılması, əşyaya dair cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.) mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir. Əks yanaşma eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan sui-istifadə edilməsinə rəvac verməklə, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olar.
Qeyd olunanlara əsasən Ali Məhkəmənin Mülki kollegiyası hesab edib ki, apellyasiya məhkəməsinin iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qaynaqlandığı özündən əvvəl tərtib edilmiş digər şəhadətnamələri (mülkiyyət hüququ və qanun üzrə vərəsəlik hüququ haqqında) mübahisələndirməməsinə görə iddianın rədd olunması barədə mövqeyi əsaslı olmayıb. Buna görə də kassasiya şikayəti qismən təmin edilib, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub və iş yeni apelyasiya baxışına göndərilib.
01:01 / 01 May 2025
Ağcabədidə ağır qəza - ölənlər var
151
23:43 / 30 Aprel 2025
Moskva metrosunda uşaq doğuldu - VİDEO
47
23:01 / 30 Aprel 2025
Görkəmli kino və dekor rəssamı vəfat etdi
104
22:37 / 30 Aprel 2025
Qaz limiti ilə bağlı açıqlama
93
22:20 / 30 Aprel 2025
Pensiya yaşına az qalanlar mütləq oxusun: 5 il müddət ərzində...
142
22:06 / 30 Aprel 2025
Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?
68
21:50 / 30 Aprel 2025
Əhaliyə may ayı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - Həmin günlər təhlükəli tarixlərdir
558
21:48 / 30 Aprel 2025
Dəm qazı can aldı
73
21:42 / 30 Aprel 2025
Bakı-Tbilisi sərnişin qatarı əlamətdar gündə bərpa olunacaq?
84
21:05 / 30 Aprel 2025
Azərbaycanda qadınların iş vaxtı 2 saat AZALDILIR?
137
20:55 / 30 Aprel 2025
Azərbaycanlı bloger əməliyyat olunubmuş
75
20:40 / 30 Aprel 2025
Türkiyədə məktəbdə kütləvi zəhərlənmə
73
20:24 / 30 Aprel 2025
Azərbaycanda şok! Molla uşağın ayağına dua yazdı - VİDEO
322
20:18 / 30 Aprel 2025
Yanacağa qənaət edən sürət rejimi açıqlandı
108
20:07 / 30 Aprel 2025
Çin-Avropa münasibətlərində dönüş nöqtəsi
71
20:01 / 30 Aprel 2025
Alış-veriş qəbzini verməyən mağaza 1000 manat cərimələndi
145
20:01 / 30 Aprel 2025
Məşədibaba meyxanaçını niyə öldürübmüş? — Tükürpədici faktı anası açıqlayıbmış (VİDEO)
443
19:55 / 30 Aprel 2025
Sabah bu ərazilərdə qaz olmayacaq
107
19:35 / 30 Aprel 2025
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı GÖRÜN KİMDİR - FOTO
1119
19:29 / 30 Aprel 2025
Bu da məşhur restoranın mətbəxi... - Kütləvi zəhərlənmə buna görə olub
100
19:25 / 30 Aprel 2025
Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
99
19:23 / 30 Aprel 2025
Azərbaycan-İran münasibətlərində yeni səhifə açılır - TƏHLİL
96
19:19 / 30 Aprel 2025
Tramp Zelenskiyə qarşı tələblərdən birini ləğv edə bilər
70
19:12 / 30 Aprel 2025
Avropa Komissiyası Vuçiçə xəbərdarlıq edib
76
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.