Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
511
24.11.2021, 18:51
Sosial şəbəkələrdə Xüsusi Təyinatlı Qüvvələrin snayperi qazi Hüseyn Mustafayevin tibbi vəziyyəti ilə bağlı videogörüntülər və məlumatlar yayılıb.
Oxu24.com xəbər verir ki, məlumatda qazinin Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı olduğu bildirilir.
Qeyd olunur ki, qazinin yaddaşı gedib, heç kimi tanımır. Danışa, yemək yeyə, su içə bilmir. Bədənində çox sayda qəlpələr olub. Qəlpələr çıxarılanda sinirə toxunulub və nəticədə bu vəziyyətə düşüb.
Qazinin durumu ilə bağlı onun həyat yoldaşı Samirə Mustafayeva ilə danışdıq. O bildirdi ki, Hüseyn müalicəsi ilə əlaqədar “YAŞAT” Fondunun dəstəyilə bu ilin mart-iyun aylarında Türkiyədə olub. Müalicənin nəticəsi olmadığından Azərbaycana qaytarılıb. Hazırda yenə “YAŞAT” Fondunun dəstəyilə yerli hospitalların birində müalicəsi davam etdilir.
Samirə xanım bildirir ki, xəstənin tam sağlamlığına qovuşması üçün xarici ölkələrdə müalicənin olub-olmaması daha dərindən araşdırılmalıdır. O, “YAŞAT” Fondunun dəstəyindən narazı olmadığını qeyd edir. Lakin həyat yoldaşının tam sağalması üçün müəyyən addımların atılmasını istəyir.
[media=youtube.com/watch?v=nVVGKKvYkqQ]
Məsələ ilə bağlı Fondun rəsmisi Elnur Niftəliyev Yeniavaz.com-a açıqlama verib. O bildirib ki, yaralı baxım xəstəsidir:
“Yaralı Hüseyn Mustafayev İslam oğluna ölkə xaricində lazımi tibbi müdaxilə edilib. O, ailəsinin istəyinə əsasən öncə “Yeditepe” xəstəxanası, sonra isə “Anadolu” Sağlıq Mərkəzində müalicə almış və stabil vəziyyətə gətirilmişdir. Növbəti mərhələdə o, Romatem Fizioterapiya və Reabilitasiya Mərkəzinə yerləşdirilib. Ona 4 doz kök hüceyrə və “exasome” köçürülmüş və nəticə olaraq fizioloji vəziyyətində müəyyən irələyişlər əldə edilmişdir.
Həkim tərəfindən verilən rəyə əsasən yaralının hazırda hər hansısa bir cərrahi müdaxiləyə ehtiyacı yoxdur. Yaralı baxım xəstəsidir.
Gələcəkdə səhhəti ilə bağlı irələyiş yarandığı təqdirdə, həkim müdaxiləsi edilə bilər”.
15:47 / 09 Noyabr 2026
1
15:45 / 09 Noyabr 2026
21
15:40 / 09 Noyabr 2026
38
15:34 / 09 Noyabr 2026
40
15:23 / 09 Noyabr 2026
57
15:13 / 09 Noyabr 2026
74
15:05 / 09 Noyabr 2026
326
15:00 / 09 Noyabr 2026
99
14:58 / 09 Noyabr 2026
79
14:55 / 09 Noyabr 2026
95
14:42 / 09 Noyabr 2026
89
14:37 / 09 Noyabr 2026
86
14:29 / 09 Noyabr 2026
345
14:22 / 09 Noyabr 2026
219
14:17 / 09 Noyabr 2026
104
14:06 / 09 Noyabr 2026
1125
14:04 / 09 Noyabr 2026
125
13:44 / 09 Noyabr 2026
875
13:21 / 09 Noyabr 2026
137
13:11 / 09 Noyabr 2026
368
12:57 / 09 Noyabr 2026
1903
12:55 / 09 Noyabr 2026
132
12:40 / 09 Noyabr 2026
420
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.